Südlə, yoxsa su ilə bişirməli?
Yulaf əzməsi hər kəsə uyğun olan tam və balanslı səhər yeməyi hesab olunur. Ancaq bu həmişə belə deyil.
TurpKimi.com xəbər verir ki, dietoloq Lyudmila Qonçarova UNIAN-a səhər yeməyi üçün hansı yulaf ezməsinin həqiqətən sağlam olacağını və səhərlər, ümumiyyətlə nə yeməməli olduğumuzu söyləyib.
Yulaf əzməsi mikroelementlər, üzvi turşular və vitaminlərlə zəngindir, bunun sayəsində orqanizmin fəaliyyətinə faydalı təsir göstərir. Lakin onun faydaları əsasən yulaf əzməsinin növündən və sıyığın hazırlanma üsulundan asılıdır.
Dietoloq Lyudmila Qonçarovanın sözlərinə görə, əgər insanda məhsulun həzm olunmasında problemi yoxdursa, səhər yeməyində yulaf əzməsi yemək faydalıdır: “Yəni siz yulafın tərkibindəki zülalı və ya onun hissələrini, məsələn, qlütenini, karbohidratları həzm edirsiniz. Çünki bu, karbohidratlı qidadır”.
Bundan əlavə, yulafın sağlam insanda həzm olunması onun hazırlanma üsulundan da asılıdır. "Südlə bişirsəniz, daha az həzm olunar. Sıyığı su ilə bişirmək daha yaxşıdır. Əgər taxıldırsa, mədə-bağırsaq traktına daha yaxşı təsir edər", - Qonçarova qeyd edib.
Həkim əlavə edib ki, insanlar adətən yulaf əzməsini lopa şəklində alırlar, lakin taxılın keçdiyi termiki müdaxilədən dolayı bu sıyığın praktiki olaraq heç bir vitamin və mineralları olmur. Yastı və ya bütöv taxıllardan sıyıq bişirmək daha yaxşıdır. Bəli, bişirmək daha uzun sürəcək, amma faydaları göz qabağında olacaq.
Firuzə Alimova / TURPKİMİ.COM