Orqanizmdə baş verən bəzi dəyişikliklərin xəbərçisi...
Hələ qədim zamanlardan idrarın rəngi bir çox xəstəliyin təyin edilməsində yararlı olub. Yəni rəngi, qoxusu və ya sidiyə çıxmadakı dəyişiklik orqanizmdə bəzi şeylərin yaxşı getmədiyinə işarə edib.
TurpKimi.com bildirir ki, yeyib içdiyimiz şeylər, ümumiyyətlə orqanizmə daxil olan və ehtiyacımız olmayan yüzlərlə maddələrdən sidiyə çıxmaqla qurtuluruq. Odur ki, orqanizmdə baş verən bəzi dəyişikliklərin xəbərçisi də ola bilir.
AÇIQ SARI RƏNGLİ
Sağlam insanların sidiyinin rəngi açıq sarı, yəni şəffaf olur. Sidiyin rəngi urolobin adlanan piqmentdən gəlir. Sidik suda seyrəldilmiş urolobinləri daşıyır və bunlar açıq sarı rəng verir. Bu isə sizin davamlı su qəbul etdiyinizi göstərir. Tünd sarı və ya qatı rəngdədirsə, az su içdiyinizdən xəbər verir.
Əgər sidiyin rəngi çox açıqdırsa və tez-tez sidiyə çıxılırsa, bədəndə spirt və suyun çoxluğuna işarə edir. Həmçinin rəngi çox açıqdırsa, davamlı sidiyə çıxırsa, deməli bədən suyu saxlaya bilmir, bu da şəkərli diabetə işarə edir.
BULANIQ
Sidik bulanıq rəngdədirsə, tərkibində fosfat vardır. Səbəbi böyrək daşları ola bilər. Sidiyiniz günlərlə bulanıq qalırsa, sidik yolunda infeksiyanın olmasına işarə edir. Bulanıq sidiyin həm də pis qoxusu olur və tez-tez tualetə çıxmaq istəyi yaranır. Belə olan halda həkimə müraciət etməniz məsləhətlidir.
Kişilərdə bulanıq və çirkli sidiyə rast gəlinərsə, bu hal sidik yolunda yığılan spermadan qaynaqlana bilər.
MAVİ və ya YAŞIL RƏNGLİ...
Adətən bu hal yediyiniz yeməklərdən qaynaqlanır, xüsusilə də mavi və ya yaşıl rəngli qidalardandır. Məsələn, qulançar sidiyin mavi və ya yaşıl rəngli olmasına səbəb olur. Həmçinin qəbul etdiyiniz vitamin və ya dərmanlar da sidikdə rəngin dəyişməsinə yol aça bilər. Sadaladıqlarımızdan heç biri yoxdursa, o zaman həkimə müraciət edin!
NARINCI RƏNGLİ
Böyürtkən, çuğundur, yerkökü və ya digər narıncı rəngli qidalar təsirsiz ötüşmür. Bəzi dərman və suyun az qəbulu da sidiyə narıncı rəng verə bilir. Yox əgər sidik tünd-narıncı, hətta qəhvə rənglidirsə, bu, sidikdə safra olduğuna işarə edir.
QƏHVƏYİ RƏNGLİ
Xroniki susuzluğa və qara ciyərdə problemin olduğuna işarə edir.
KÖPÜKLÜ SİDİK
Bu vəziyyətdə həkimə getməyinizə ehtiyac yoxur, lakin rəngi tündləşərsə, vəziyyət ciddiləşə bilər. Sidik çox köpüklü olarsa, orqanizmdə proteinin çox olduğuna işarə edir.
PİS QOXULU
Yaxşı qoxan sidik yoxdur, amma hər birimiz normal qoxulu sidiklə pis qoxulu sidik arasındakı fərqi bilirik. Bunun bir səbəbi çoxlu qəhvə içməkdən və qulançar yeməkdən qaynaqlana bilər. Yox, əgər səbəb bu deyilsə, o zaman həkimə müraciət edin.
ÇƏHRAYI və ya QIRMIZI RƏNGLİ
Yediyiniz qidalardan dolayı rəngi qırmızılaşan sidiyin rəngi 24 saat ərzində dəyişmirsə, mütləq ciddiyə alın. Çəhrayı və ya qırmızı rəngli sidik böyrək xərçəngindən, prosatın böyüməsi və ya öd kisəsində daşların olmasından xəbər verir.
Firuzə Alimova / TurpKimi.com