Azərbaycanda şəhid ailəsi dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.
Vətən müharibəsində şəhid olan Kürdəmir rayonunun Karrar qəsəbəsinin sakini, şəhid Zülfüqarov Məlik Kamran oğlunun ailəsinə 10 min manat məbləğində birdəfəlik yardım ayrılıb.
Şəhidin anası həmin vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb
Qeyd edək ki, 19 yaşlı M.Zülfüqarov Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, 21 oktyabrda doğulduğu qəsəbədə torpağa tapşırılıb.
Allah rəhmət eləsin!