Şəkər xəstəliyinin birəbir dərmanı, möcüzəvi bitki


Zəncirotu, ya da acıqovuq  Allahın insanlara bəxş etdiyi möcüzəvi bitkilərdən biridir.  

seker-xesteliyinin-birebir-dermani-mocuzevi-bitki
17.05.2024 00:15 2 dəq oxuma

Xüsusilə uşaqlar bu bitkinin çiçəyini arzu tutub üfürməyi çox sevirlər. Görək, bu sarı çiçəkli bitki hansı arzularınızın reallaşmasında kömək edə bilər.

"Taraxacum officinale" adı ilə tanınan bu bitki əsrlərdir ənənəvi və alternativ tibbdə istifadə edilən kökləri, yarpaqları və çiçəkləriylə diqqət çəkir.

Zəncirotu həzm sistemindən tutmuş immunitetə qədər saysız-hesabsız xəstəliklərin müalicəsində istifadə edilir.  

TurpKimi.com zəncirotunun əsas faydalarından yazacaq:

Antioksidant xüsusiyyətləri sayəsində bədəni sərbəst radikalların zərərli təsirlərinə qarşı qoruyur,  həzm sağlamlığını dəstəkləyərək həzm müddətini yaxşılaşdırır.

Sidikqovucu xüsusiyyəti sahəsində orqanizmi şişkinlikdən və ödəmdən xilas edir, qan şəkərini tarazlayır, immun sistemini gücləndirir.  

Bu bitkidən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməkdə fayda var. Çünki hər bir bitki kimi, zəncirotunun da əlavə yan təsirləri vardır.  Allergik reaksiyalara da səbəb ola bilər.  

Zəncirotunun faydalarından yararlanmaq üçün ondan düzgün istifadə etmək lazımdır.  

Zəncirotunun qaraciyər və öd fəaliyyətinə müsbət təsiri var. 

Orqanizmdə sərbəst radikallarla çox gözəl şəkildə mübarizə aparmaq qabiliyyətinə malikdir. 

İltihab önləyicidir. Məhz bu xüsusiyyəti sayəsində oynaq ağrıları, revmatoid artrit kimi iltihablı xəstəliklərin yüngülləşməsinə kömək edir.

Sidikqovucudur. Zəncirotu çayı və ya ekstraktı sidikqovucu kimi geniş istifadə edilir. Hüceyrələrdə yığılmış suyun asanlıqla bədəndən xaric edilməsində böyük rolu var.  

Bəzi araşdırmalar zəncirotunun qanda şəkəri tarazladığını sübut edib. Məhz buna görə də diabet xəstələri ondan mütəmadi  istifadə etməlidir. 

İmmuniteti gücləndirir. İmmun sisteminin güclənməsi üçün lazım olan vitaminlər və minerallar ehtiva edər. Bu da bədəni infeksiyalara qarşı qoruya bilər.

Dəri sağlamlığı: Zəncirotu dəri sağlamlığı üçün də faydalıdır.Antioksidant xüsusiyyətləri sayəsində dəridəki sərbəst radikallarla mübarizə aparır və dərinin gənc və sağlam qalmasına kömək edir. 

Zəncirotu xərçəng, hepatit, mədə və böyrək xəstəlikləri əleyhinə ən təsirli otdur. 

O qaraciyəri təmizləyir, ödün (acıdilliyin) hazırlanmasını stimullaşdırır, qanda xolesterinin səviyyəsini nizama salır, allergiyaları müalicə edir.

Demək olar ki, hər yerdə bitən və asanlıqla yayılan zəncirotunu yazın başlanğıcında yığmaq lazımdır.

Saplaq ən faydalı hissədir, çünki o diabeti müalicə edir, qanı təmizləyir, maddələr mübadiləsini nizama salır və mədə problemlərini müalicə edir.

Onun yarpaqları vitaminlərlə zəngindir və sizə çəkini atmağa kömək edə bilər. Yarpaqlarını salatlara və müxtəlif yeməklərə əlavə edə bilərsiz. Onun güllərindən siropun hazırlanmasında istifadə olunur. Bu sirop da qanı təmizləyir, həzmi yaxşılaşdırır, öskürəyi müalicə edir.

Zəncirotunun kökü: Xərçənglə və şişlərlə mübarizə aparmaqda yaxşıdır.  

Siz kökləri təmizləməlisiniz, onları kəsməlisiniz və 15 gün ərzində təmiz havada qurumağa qoymalısınız. Bundan sonra tünd, sərin yerdə bankada saxlamalısınız.

Zəncirotudan çay

Zəncirotunun çayı qurudulmuş, xırda doğranmış, xırdalanmış və qarışdırılmış yarpaqlarından hazırlanır. Normal çay kimi dəmləyib, südlə və ya bal qatıb içə bilərsiz. Çayı dəmlənməsi üçün 20 dəqiqə saxlayın və sonra istifadə edin.

Vüsalə Əlövsətqızı, TurpKimi.com