Alternativ tibdən faydalanmaq istəyənlər üçün...
Dövrün ən çox yayılmış xəstəliklər siyahısında başda olan diabet və ya xalq arasında şəkər xəstəliyi kimi tanınan xəstəlik ciddiyə alınmadıqda ölümcül ola bilir.
Qandakı şəkərin səviyyəsini normada saxlamaq üçün diabet xəstələri müalicə zamanı iynə, dərman, əməliyyat kimi bir çox hallarla qarşılaşırlar. Lakin şəkər xəstəliyinə qarşı bitkilərlə müalicə üsullarına da müraciət edənlər az deyil. Alternativ tibdən faydalanmaq istəyənlər diabetə faydalı olan bu bitkilərlə şəfa tapırlar.
TurpKimi.com onlar arasından ən güclü 5-nin adını sadalayacaq:
YAŞIL ÇAY
Bir meta-analizə görə yaşıl çay içməklə aclıq və toxluq qan şəkəri, HbA1c səviyyəsində azalma müşahidə olunur. Bütün bunlar qan şəkərinin sağlamlığının ölçüləridir, yəni diabetin göstəriciləridir.
ZƏRDƏÇAL
Zərdəçalın aktiv tərkib hissəsi kurkumindir. Kurkumin qandakı şəkəri nəzarətdə saxlamağa kömək edən ədviyyatlar arasında öndədir.
DARÇIN
Şəkər xəstələrinin ən çox istifadə etdiyi bitkilərdən biridir darçın. Çünki qan şəkərini tənzimləyir və normada saxlayır. Darçının istər çubuq, istərsə də üyüdülmüş forması istifadə edildikdə diabetin düşmənidir. Şirniyyat yemək istəyini yox etdiyi üçün, çayın içində istifadə edilə bilər.
GİNSENG (panax)
Dünyada ən çox məşhur olan və istifadə edilən bitki köküdür. Min illərdir ki, ənənəvi Şərq təbabətində enerjini artırmaq, stressi azaltmaq və orqanizmi tarazlamaq üçün istifadə olunur. Yaxınlarda bu bitki köklərinin qan şəkərini idarə edən bir bitki olduğu müəyyən edilib.
ÇÖRƏK OTU
Çörək otunun köməyi ilə vaxtsız yüksələn qan şəkərinizi nəzarətdə saxlaya bilərsiniz. Səhər yeməyində pendirin üzərinə bir çimdik əlavə edib yedikdə həm xərçəngə qarşı qoruyacaq, həm də şəkərinizin qalxmasının qarşısını alacaq.
Firuzə Alimova / TurpKimi.com