Şəkərdən imtina etsəniz bədəndə nələr dəyişər?


Şəkər orqanizm üçün zərərli olan ən təhlükəli qidalardan biridir. Burda söhbət süni şəkərdən gedir.

sekerden-imtina-etseniz-bedende-neler-deyiser
07.05.2024 23:06 2 dəq oxuma

Şəkərdən imtinanın orqanizm üzərində müsbət təsirləri böyükdür. Çəki azalmağa başlayır, enerji balansı tənzimlənir, ağız və diş sağlamlığında irəliləyiş müşahidə edilməyə başlayır, ürək fəaliyyəti yaxşılaşır,  ruh halınız dəyişir, həzm sistemi sağlamlığına qovuşmağa başlayır. 

TurpKimi.com şəkərdən imtinanın orqanizm üzərində olan faydalarının bəzi detallarından yazacaq:

Çəki və maddələr mübadiləsinin nizama düşməsi: Şəkər istehlakını azaltmaq və ya şəkərdən imtina etməklə orqanizmdə yığılan piylərdən azad olmağa başlayırsız.

Şəkərin azaldılması insulini nizamlayır. qan şəkərindəki ani dalğalanmaları önləyərək daha sabit enerji səviyyəsi təmin edə bilər. 

 Diş və ağızda problemlər azalar: Çünki şəkər dişlərdəki bakteriyaların qidalanmasına və turşu istehsal etməsinə səbəb olar, bu da diş minasını zəiflədərək çürüməyə yol açar.

Ürək sağlamlığına fayda qatar: Şəkər istehlakının azaldılması ürək xəstəliyi riskini azalda bilər. Çünki həddindən artıq şəkər istehlakı qan təzyiqini və pis xolesterolu artırır, bu da ürək sağlamlığını mənfi təsir edər.

Ruh halınız yaxşılaşar: Şəkər qanda şəkərin artıb-azalmasına səbəb olur, bu da təbii olaraq sizi haldan-hala salır. 

Bağırsaqlar daha da sağlam olar: Şəkər istehlakının azaldılması həzm sisteminin daha sağlam olmasına kömək ola bilər. Çünki həddindən artıq şəkər istehlakı bağırsaq mikroflorasına mənfi təsir edə bilər və həzm problemlərinə səbəb ola bilər. 

Ancaq, hər kəsin bədəni fərqli reaksiyalar verə bilər, bu səbəblə də böyük dəyişikliklər etməzdən əvvəl həkimlə  məsləhətləşməkdə fayda var.  

Vüsalə Əlövsətqızı, TupKimi.com