Sağlam şəkəri hardan qəbul edə bilərik?
Sağlam orqanizm üçün şəkərdən uzaq durmağın vacibliyini bilirik. Bəs şəkərdən tamamilə imtina etdikdə başımıza gələ biləcəklərdən xəbəriniz varmı?
Bilirik ki, sağlamlığımız üçün faydalı olan yaxşı şəkər meyvə və tərəvəzlərin tərkibində var. Həmin şəkərlərdən lazımi miqdarda qəbul edildikdə şirniyyata olan hədsiz istəyimizi təmin edə bilər, əsəblərimizi sakitləşdirə və hətta artıq çəki almağımıza mane ola bilərik.
Odur ki, TurpKimi.com şirniyyatdan tamamilə imtina etməməyiniz üçün səbəbləri sadalayır:
Saçlarınız daha gec uzanacaq: Qida rasionunuza bir az şəkər qamışı əlavə etdikdə saçlarınız daha sürətlə uzanacaq. Həmçinin şəkər qamışı təbii sidikqovucudur və toksinlərin, orqanizmdəki artıq duzların xaric edilməsinə kömək edərək böyrəklərin işini asanlaşdırır. Böyrəklər düzgün işləmədikdə saç tökülməsi ilə yanaşı, ciddi sağlamlıq problemlərinə səbəb olur. Gündəlik rasionunuza bir qədər şəkər qamışı əlavə etsəniz parlaq və qalın saçlarınız olacaq.
Dəri parlaqlığını itirəcək: Şəkər qamışı kimi sağlam şəkərlər dəriyə həqiqətən faydalıdır. Dərini piqment və erkən qocalmaya səbəb olan sərbəst radikallara qarşı qoruyan antioksidantlarla zəngindir. Hətta bir neçə dilim tünd şokolad yeməklə daha canlı dəriyə sahib ola bilərsiniz. “Bitter” şokoladdakı bioaktiv tərkiblər dəriyə qan axınını yaxşılaşdırır, onun daha dolğun və nəm görünməsini təmin edir.
Kökələ bilərsiniz: Adətən çəki atmaq istəyərəkən qidalar arasında ilk olaraq şokolad və şirniyyatdan imtina edirik. Özünüzü şirniyyatdan məhrum etmək həddən çox yemək yeməyinizə səbəb ola biləcək. Lakin şəkər qamışı damaq dadınızı təmin etməklə metabolizmanızı sürətləndirəcək və arıqlamanızı asanlaşdıracaq.
Əhval-ruhiyyədə dalğalanmalar yaşaya bilərsiniz: Diyetinizdə əsaslı dəyişiklik etmək əsla asan iş deyil. Şirniyyatdan imtina isə birbaşa əhval-ruhiyyənizə pis təsir edəcək. Araşdırmalar göstərir ki, gündəlik az miqdarda tünd şokolad yemək stress səviyyəsini aşağı salır və insan özünü daha sakit və xoşbəxt hiss edir.
Fikirlərinizi cəmləməkdə əziyyət çəkə bilərsiniz: Həddindən artıq şirniyyat yemək beynin yavaşlamasına səbəb olur. Lakin “bitter” şokolad yeməklə imtahan və ya böyük bir təqdimata hazırlaşmaq mümkündür. Çünki tünd şokoladın beynə gedən qan axınını sürtləndirdiyi göstərilib.
Yazılıb: 20.11.2021-ci ildə...
Firuzə Alimova / TurpKimi.com