Qadınlar arasında sorğu və araşdırmanın nəticəsi...
Qadınların cinsi əlaqə və orqazm zamanı çıxardığı səslər arasındakı əlaqəni aşkar etmək üçün bir araşdırma aparılıb. Yəni seks zamanı çıxan bu səslər refleksdir, yoxsa orqazmdan asılı olmayan bir vəziyyətdir? Bu səslərin orqazm ilə həqiqətən hər hansı bir əlaqəsi varmı?
TurpKimi.com bildirir ki, “Men`s Health” jurnalında yazılan xəbərə görə sözügedən araşdırma ilə bağlı qadınlar arasında sorğu keçirilib. Sorğuda qadınlardan orqazma necə çatırsınız sualı verilib. Verilən cavabların sırasında ilk yeri “masturbasiya” alıb. İkinci cavab isə partnyorları tərəfindən hisslərinin oyadılması olub. Üçüncü yerdə isə “oral seks” cavabı verilib. Sonuncu cavab yenilik kimi qeydə alınıb. Bəs cinsi əlaqə zamanı qadınların çıxardığı səslərin orqazmla hər hansı əlaqəsi varmı?
Belə ki, araşdırmanın nəticələrinə görə, qadınların sevişərkən çıxardıqları səslər, kişinin boşalmasından əvvəl və ya kişi boşaldığı zaman çıxır. Çıxan nəticələrdən məlum olur ki, qadınların çıxardığı bu səslər refleks deyil, partnyoru razı salmaq üçün şüurlu şəkildə göstərilən bir reaksiyadır.
Səs-küylü seks boşalmağı tezləşdirir
Digər bir araşdırmaya görə, cinsi əlaqə zamanı səs çıxartmaq kişinin boşalmasını tezləşdirir. Amma bəllidir ki, səs-küylü seks cinsi həyata rəng qatır. Çünki başqa bir araşdırmaya görə səsli sevişənlər seskdən daha çox zövq alanlardır. Qışqırmaq, inildəmək kimi verilən reaksiyaların partnyorlar arasında harmoniyanı artırdığı müəyyən edilib. Odur ki, seçim sizindir...
TurpKimi.com