Sən demə, cinsi əlaqə üçün ən gözəl vaxt gecə deyil - Araşdırma


Hər kəs yanlış bilirmiş...

sen-deme-cinsi-elaqe-ucun-en-gozel-vaxt-gece-deyil
11.09.2022 08:14 2 dəq oxuma

İnsanların çoxu cinsi əlaqə üçün ən yaxşı vaxtın məhz gecə olduğunu söyləyir və adətən, məhz gecə saatlarında cinsi əlaqəyə girirlər. Lakin bu münasibətlər üçün ən yaxşı vaxtın heç də gecələr olmadığı müəyyən edilib.

TurpKimi.com qeyd edir ki, bir çox insanlar cinsi həyatlarının daha sağlam və yaxşı olması üçün araşdırmalar aparır və müxtəlif üsulları sınamaq istəyir. Alimlər də həyatın bioloji tələbatı olan seksin bilinməyən tərəflərini öyrənərkən, yanlış bildiyimiz məlumatara da aydınlıq gətirmiş olurlar.

Belə ki, hər bir cütlük sevgilərini doya-doya yaşamaq üçün günün müxtəlif saatlarını seçə bilərlər, ancaq elmin də bu mövzuda deyəcəkləri var. Məsələ ilə bağlı hormon üzrə mütəxəssis Alisa Vittin araşdırmasının nəticələri “Men`s Health”də dərc edilib. O, qadın və kişi orqanizmlərinin bir-biri ilə ən çox sinxronlaşdığı vaxtı açıqlayıb.

Kişilərdə cinsi istəyi artıran testosteronun səviyyəsi səhər erkən saatlarında ən yüksək səviyyədə olur. Lakin qadınlarda belə deyil.

Kişilərdə testosteronun səviyyəsi günorta saatlarına doğru azalır, estrogenin səviyyəsi isə yüksəlir. Estrogenin artması onlara qadınları emosional olaraq daha yaxşı anlamağa və qadınların ehtiyaclarına daha həssas cavab verməyə imkan verir.

Qadınlarda isə günorta saatlarında kortizolun səviyyəsi yüksəlir və bu müddət ərzində özlərini daha enerjili və ayıq hiss edirlər.

ƏN İDEAL SAAT 3

Gün ərzində qadın və kişilərdə baş verən bu hormonal dəyişiklikləri nəzərə alsaq, iki tərəfin də bir-birinə uyğunlaşdığı vaxtın günorta saat 3 olduğu düşünülür.

Alimin qeydinə görə, təbii ki, bu, cinsi əlaqə üçün ən ideal vaxtın hansı olması ilə bağlı aparılan çoxsaylı araşdırmalardan yalnız birinin nəticəsidir. Odur ki, saat 15:00 sizin üçün uyğun deyilsə, başqa variantları nəzərdən keçirə bilərsiniz.

DİGƏR UYĞUN SAAT 7-nin yarısı

1000 könüllünün iştirakı ilə aparılan araşdırmada cinsi əlaqə üçün ən uyğun olan digər saatın 7-nin yarısı olduğu bildirilir. 

Seks oyuncaqları istehsal edən “Lovehoney” şirkətinin apardığı araşdırma isə kişilərin səhər 6-9, qadınların isə 11-2 arasında cinsi əlaqəyə üstünlük verdiyini müəyyən edib.

Yazılıb: 03.03.2022-ci ildə...

TurpKimi.com