Stress uğurlu olmağı təmin edir
TurpKimi.com xəbər verir ki, Kaliforniyada Berkli Universitetində aparılan araşdırmalara görə stressin yaranması beyin hüceyrələrinin böyüməsinə və öyrənmə qabiliyyətinin artmasına səbəb olur.
Stressi gündəlik həyatımızda istər-istəməz yaşayırıq. Ancaq mütəxəssislər bəzi stressin sağlamlığa xeyirli olduğunu bildirirlər.
Cəmiyyətdə çoxları düşünür ki, stress sağlamlığa ziyan vurur, amma…
Mütəxəssislər bu konsepsiyanın yanlış olduğunu və stressin çox olmadığı vaxtlarda, stressi məhv etmək üçün sərf edilən səyin orqanizmə daha çox zərər verdiyini vurğulayıblar.
Beləliklə, stressin bizə verdiyi faydaları təqdim edirik:
İş həyatınızda uğurlu olmağınızı təmin edir.
Stressin çoxluğu əlbəttə ki, zərərlidir, amma insanları arxayın olmamağa sövq edir. Arxayın olub uğur pillələrini qalxan insanların sayı çox azdır.
Bu səbəblə də stressi maddi və mənəvi uğur təmin edəcək hərəkətverici qüvvə kimi qəbul etməkdən imtina edin.
Yaddaşı gücləndirir.
Stress beyin hüceyrələrinin normadan iki dəfə artıq böyüməsinə səbəb olur, bu da yaddaşa müsbət təsir edir.
Professor Kauferin bununla bağlı açıqlaması var: Bir heyvan digər bir yırtıcı heyvandan qaçmağı bacarsa, bu hücumun harada və nə zaman olduğunu heç vaxt unuda bilməz. Beləcə, insan gələcəkdə də tətikdə olar. Beynimizin stress anında güclü yaddaşa malik olmasının səbəbi də budur.
Yaxşı stress xəstəliklərin qarşısını alır.
Uzun müddət və davamlı olaraq beyninizi məşğul edən stress sağlamlığınıza əlbəttə ki, mənfi təsir edər. Amma yaxşı stress qısa müddətlidir.
Qısa müddətli stress zamanı ifraz olunan hormonların immun sistemini gücləndirdiyi, beləliklə də bir çox xəstəliyin inkişafını əngəllədiyi məlum olub.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 28-02-2019