Sentyabrın 10-na olan hava haqda


Bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ

sentyabrin-10-na-olan-hava-haqda-1
09.09.2024 23:29 1 dəq oxuma

Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

TurpKimi.com