Sentyabrın 2-si isti olacaq


2 sentyabr 2025-ci il...

sentyabrin-2-si-isti-olacaq
01.09.2025 15:38 1 dəq oxuma

Azərbaycanda sentyabrın 2-də 35 dərəcə isti gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Əhvalınızın istənilən havada gözəl olması diləyi ilə TURPKİMİ.COM