Sentyabrın 26-na olan hava


Sentyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

sentyabrin-26-na-olan-hava
25.09.2020 19:47 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq.  

Sentyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 15-19 dərəcə isti olacaq.  

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

TurpKimi.com