Sentyabrın 9-na olan hava


Bakıda və Abşeron yarımadasında sentyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

sentyabrin-9-na-olan-hava
08.09.2021 19:18 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, gündüz havanın arabir tutulacağı, Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 24-26° isti, Bakıda gecə 17-19° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.

TurpKimi.com