Şərbətli şirniyyat sevərlərin nəzərinə - Kalburabastı resepti


Kalburabastı, hazırlanması asan olan və ənənəvi bir dad axtaranlar üçün yaxşı seçim olacaq. 

serbetli-sirniyyat-severlerin-nezerine
06.10.2024 00:50 2 dəq oxuma

Türkiyə mətbəxinin ən sevilən təamlarndan biri olan Kalburabastı Osmanlı dövründən günümüzə qədər  gəlib. 
İçində bol qoz  olan Kalburabastıya dəlikli bir alətin üzərinə basdırılaraq şəkil verilir.  Evdə praktik bir şəkildə hazırlaya biləcəyiniz bu ləzzətin sirri doğru nisbətdə şərbət və xəmir tarazlığıdır.

Xəmiri üçün:

250 qram kərə yağı (əridilmiş)

1/2 çay stəkanı duru yağ

1/2 çay stəkanı qatıq

1 yemək qaşığı sirkə

1 paket qabartma tozu

3-4 su stəkanı un (konsistensiyaya görə nizamlana bilər)

İçi üçün:

1 su stəkanı üyüdülmüş qoz 

Şərbəti üçün:

3 su stəkanı su

3 su stəkanı şəkər tozu

1-2 damla limon suyu

1. Şərbəti Hazırlayın:

Su və şəkəri bir qazana qoyun və qaynadın. 

Qaynadıqdan sonra bir neçə damla limon suyu əlavə edin və 10 dəqiqə daha qaynadıb ocaqdan alın. Şərbəti soyumağa qoyun. 

2. Xəmir Hazırlığı:

Kərə yağı, duru yağ, qatıq və sirkəni geniş bir qarışdırma qabına tökün,  yaxşıca qarışdırdıqdan sonra qabartma tozunu əlavə edin.

Unu az-az əlavə edərək yumşaq konsistensiyalı bir xəmir əldə edin. Xəmirin əlinizə yapışmayacaq şəkildə olması əhəmiyyətlidir.

3. Şəkilvermə:

Hazırladığınız xəmirdən qoz böyüklüyündə parçalar qopardıb əlinizdə yumrulayın. Hər bir parçanı ələk,  ya da rəndəyə basdıraraq açın.

Ortasına döyülmüş qoz qoyun və xəmiri ikiyə qatlayıb kənarlarını yüngülcə bağlayın.

4. Bişirmə:

Şəkil verdiyiniz kalburabastıları yağlanmış nimçəyə qoyun. Əvvəlcədən isidilmiş 180°C sobada üzəri qızarana qədər təxminən 25-30 dəqiqə bişirin.

5. Şərbətləmə:

Sobadan çıxdıqdan sonra 2-3 dəqiqə dgözləyin, sonra  soyuq şərbəti isti şirnilərin üzərinə tökün.

Şirnilər şərbəti çəkib soyuyana qədər gözlədin.

Kalburabastı üçn əsas nüanslar

Xəmirin çox sərt, ya da çox yumşaq olmamasına diqqət yetirin. Yumşaq bir xəmir şirniyyatın şərbəti daha yaxşı çəkməsini təmin edər.

Şərbətin konsistensiyasını yaxşı tutuzdurmaq, şirninin ləzzətində böyük rol oynayar. Şərbət çox sulu olsa həddindən artıq şərbətlənər, tünd olsa şərbəti yaxşı çəkməz.

Sobadan çıxan şirniyə soyuq şərbət tökülməlidir. Əks halda şirnilər yumşala bilər.

Vüsalə Əlövsətqızı, Turpkimi.com