Sərinlədən ləziz resept - Bananlı dondurma


Evdə dondurma hazırlamağın bir başqa ləzzəti var.

serinleden-leziz-resept
02.05.2023 16:49 1 dəq oxuma

Bananlı dondurma isə yay aylarında sevilən təamlardan biridir. 

TurpKimi.com  uşaqların da sevdiyi bananlı dondurma reseptini təqdim edir: 

 ƏRZAQLAR

6 ədəd banan
Şəkər tozu
3 xörək qaşığı süd

HAZIRLANMA QAYDASI

Əvvəlcə bananları soyun və incə-incə dilimləyin. Geniş bir qaba qoyub, 2 saat soyuducunun buzluğunda saxlayın. 

Sonra blenderdən keçirdin. İçərisinə süd əlavə edin. Zövqə görə şəkər tozu da əlavə edə bilərsiniz. Təkrar blenderdən keçirdin. Qarışığın donması üçün buzluqda saxlayın. İstəsəniz üzərinə şokolad qırıntıları da  əlavə edə bilərsiniz. Nuş olsun...

Vüsalə Əlövsətqızı,  TurpKimi.com