Sərt karantin günlərində dializ almaq istəyənlərin nəzərinə


Dünəndən etibarən sərt karantin günlərində fəaliyyət üçün 210 minə yaxın şəxs icazə alıb.

sert-karantin-gunlerinde-dializ-almaq-isteyenlerin-nezerine
12.06.2020 20:16 1 dəq oxuma

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, sərt karantin günlərində dializə getmək üçün 108 Çağrı Mərkəzinə müraciət edilməlidir. Onları könüllülər nəqliyyat vasitəsi ilə müvafiq tibb müəssisəsinə çatdıracaq:

"972 nəfərlik dializ alan şəxslərin siyahısı hazırlanıb. Hər biri ilə danışılıb. Onlardan hansıların nəqliyyat vasitəsi varsa, özləri gedəcək, digərlərini isə ASAN-ın könüllüləri dializə aparacaq və evlərinə geri qaytaracaq". Report