Səsiniz batıbsa bunları edin


Mütəxəssislər səsi daha az yormaq üçün diqqət yetirməli olduğunuz məqamları açıqlayıblar.

sesiniz-batibsa-bunlari-edin
02.06.2022 01:01 1 dəq oxuma

TurpKimi.com həmin məqamları təqdim edir:

Uzun davamlı və yüksək tempdə danışmaqdan qaçın. Uzun-uzadı danışmağa məcbursunuzsa, müddət və hansı aralıqda danışacağınızı planlayın.  Arada fasilə etməyi unutmayın. 

Olduğunuz mühitin nəmləndirilməsinə və havalandırılmasına  diqqət edin. 

Boğaz təmizləmə vərdişinizi tərgidin.  Spirt, çay, qəhvə və qazlı içkilərdən uzaq durun. Ədviyyatlı, yağlı və acı  yeməklərdən qaçın. Səsinizi eşitdirmək istədiyiniz adama qışqırmaq yerinə yanına gedərək danışın. Yuxu nizamınıza diqqət yetirin. Nizamlı idman edin. Uzun cümlələr qurmaqdan qaçının. Nəfəsi nizamlı alıb verin.  Həddindən artıq kökəlməkdən qaçın. Tez-tez və bol su istehlak edin.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 11-10-2019