Hər birimizin böyüklərdən, az qala hər gün eşitdiyimiz bir deyim var: "Bizim dövrümüzdə belə deyildi. Çətinliklərə baxmayaraq, münasibətlər, evliliklər daha uzunömürlü idi".
Yaxşı. 21-ci əsrdə nələr dəyişdi? Cütlüklərin tez-tez ayrılma səbəbləri nələrdir?
Mütəxəssislər bu sual ətrafında müəyyən bilgiləri paylaşıblar.
1. Hazır deyilik
Əksər zamanlarda münasibətlərdə uzlaşmağa, fədakarlıq etməyə və qeyri-şərtsiz sevməyə hazır deyilik. Gözləmək istəmirik, bir anda hər şeyə sahib olmağa can atırıq. Duyğularımızın yaşamasına icazə vermirik. Hisslərimizi nəzərə almırıq, zamana buraxırıq.
2. Sevgini digər hislərlə qarışdırırıq
İnsanlar onunla daha çox danışan, hisslərini bölüşən, paylaşan, birlikdə kinoya gedən, sosial əlaqələr quracaq şəxsi axtarırlar. Bizi anlayan, çətin vəziyyətdə də, xoşbəxt vaxtlarımızda da dəstəkləyəcək adam axtarmırıq. Cansıxıcı həyatları sevmirik və ona görə də, həyatımızı macəraya çevirən, şən dost axtarırıq.
3. Maddi vəziyyəti düşünürük
Sevgiyə zaman və yer ayırmağa vaxtımız yoxdur, çünki hər şeyi pul qazanmaq üçün xərcləyirik.
4. Hər şeydən tez bir zamanda NƏTİCƏ gözləyirik
Aşiq olduğumuz zaman münasibətlərimizin tez təkmilləşməsini istəyirik. Qısa müddətdə çox şeyi arzulayırıq. Heç bir şeyin özümüzə, vaxtımıza, hətta sevgimizə dəymədiyini düşünürük.
5. Sınamaq-yanılmaq, yeni münasibətlərə can atmaq həvəsindəyik
İnsanların çoxu həyatını bir insanla keçirmək istəmir. Namizədlər arasında seçim aparılır, daha yaxşılarına üstünlük verilir. Yəni münasibətlərin biri qurtarır, o biri başlayır.
6. Texnologiyadan asılı vəziyyətdəyik
Texnologiya bizi həddindən artıq yaxınlaşdırır. Əksər hallarda mətnlər, səsli mesajlar, söhbət mesajları və görüntülü danışıqlar üz-üzə ünsiyyəti əvəz edir. Artıq birlikdə vaxt keçirmək məcburiyyətində deyilik. Onsuz da bir-birimiz haqqında çox şeyi bilirik. Danışacaq sözümüz yoxdur. Hər şeyi bilirik.
7. Uzun müddət bir yerdə qala bilmirik
Uzun müddət bir yerdə qalmaqdan çox qorxuruq. Heç kim həyatını kiməsə sərf etmək, həsr etmək düşüncəsi ilə yaşamır.
8. Evlilikdən kənar cinsi münasibətlər qurmaq adiləşib
Bu gün evlilikdən kənar yaşanan cinsi əlaqələr müasir həyatın normal qanuni kimi qəbul edilir.
9. Çox ağıllıyıq, məntiqliyik
Hər şeyə məntiq çərçivəsindən baxmaq, daha az insan, daha az duyğu və hiss mənasına gəlir.
10. Qorxularımız çoxaldı
Yeni əlaqələr, xəyal qırıqlıqları, emosional əlaqələr və qəlblərin qırılmasından çox qorxuruq. Ona görə də insanların həyatımıza daxil olmasına icazə vermirik. Ətrafımıza divarlar hörürük.
Vüsalə Əlövsətqızı, Turpkimi.com