Sevgi dərdini azaldan dərman tapıldı. Aparılan araşdırmalarda ibuprofen tərkibli ağrı kəsicinin qadınların sosial həyatlarında yaşadığı qəmi, kədəri, acını azaltdığı təsdiq olunub.
TurpKimi.com xəbər verir ki, ABŞ-ın Kaliforniya Universitetində aparılan yeni araşdırma sevgi dərdi çəkən qadınlar üçün maraqlı faktları ortaya qoyub. Buna görə, tərkibində ibuprofen olan ağrı kəsiciləri istifadə etmək qadınların sevgi dərdinə qalib gəlməsinə yardımçı olur. Ancaq eyni vəziyyət kişilər üçün keçərli deyil.
ABŞ-da yerləşən Kaliforniya Universitetində alimlər maraqlı nəticələri olan araşdırmaya imza atıb. Araşdırmaya görə, tərkibində ibuprofen olan ağrı kəsiciləri istifadə edən qadınların sevgi dərdini çəkmə müddəti digərlərinə görə daha qısadır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com