Ayrılıqdan geriyə qalan təkcə sevgi dərdi deyil. Mütəxəssislər sevgi dərdinin orqanizmdə digər xəstəliklərə də səbəb olur.
TurpKimi.com xəbər verir ki, bir əlaqənin bitməsi emosional və psixoloji gərginlik yaradır. Bundan əlavə insanda əzələ ağrıları, iştahsızlıq və dəridə problemlərin yaranmasına səbəb olur. Orqanizmi içindən yeyən bu xəstəliyin adı var, qırıq qəlb sindromu.
Nyu-Yorkda, Kolumbiya Universitetində işləyən psixoloq Edvard Smit həyat yoldaşından ayrılan 40 könüllü üzərində təcrübə keçirib. Onlardan keçmiş sevgililərinin şəkillərinə baxmaları və ayrıldıqları və ya rədd edildikləri anı düşünmələri tələb edilib. Daha sonra könüllüləri MRT elətdirib. Nəticələrə əsasən, bütün bu hallar fiziki ağrıları artırır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com