Hər ötən gün ünsiyyət azalır...
“Şəxsi ünsiyyətin olmaması təcrid, tənhalıq və depressiya hisslərinə səbəb ola bilər. Şəxsi ünsiyyət psixi sağlamlığı dəstəkləmək üçün vacibdir”.
TurpKimi.com bildirir ki, bu fikirləri psixoterapevt, tibb elmləri namizədi İrina Kraşkina RİAMO-ya müsahibəsində deyib.
Mütəxəssis qeyd edib ki, şəxsi ünsiyyətin olmaması insanlar üçün bir sıra mənfi sağlamlıq problemlərinə səbəb ola bilər. Birinci və ən bariz nümunəsi təcrid, tənhalıq və depressiya hisslərinin yaranmasıdır.
O əlavə edib ki, ünsiyyət və emosiyaları ifadə etmək imkanları məhdud olanda orqanizm stress keçirir, uzun müddət ərzində insanın emosional rifahı və psixoloji vəziyyəti pisləşir.
Terapevt insanlar arasında şəxsi ünsiyyəti ünsiyyətin vacib aspekti kimi müəyyən edib. Çünki bu, emosional əlaqəni, anlayışı və diqqəti təmin etməyin əsas yoludur. Şəxsi təmaslar insanlara öz düşüncələrini və emosiyalarını ifadə etməyə imkan verir ki, bu da dərin və etibarlı münasibətlərin qurulması üçün zəruri şərtdir. Bundan əlavə, üz ifadələri, jestlər, səs tonu kimi qeyri-verbal işarələr şəxsi ünsiyyətdə mühüm rol oynayır, həmsöhbətlər arasında anlaşma və əlaqəni zənginləşdirir və dərinləşdirir.
Firuzə Alimova / TURPKİMİ.COM