5 dəqiqəyə şəxsin narkotik istifadə edib-etmədiyi bəlli olacaq.
Narkotik istifadəsi 5 dəqiqə ərzində aşkar ediləcək.
TurpKimi.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ege Universiteti Mühəndislik Fakültəsi Biomühəndislik bölməsinin işçiləri tüpürcəkdən qadağan olunmuş maddələri aşkar edən test dəsti
hazırlayır. Cihaz narkotikin nə vaxt qəbul edildiyi, habelə qadağan olunmuş maddələrin miqdarı haqqında məlumat verə bilən portativ optik əsaslı sensor sistemlərdən ibarətdir.
Ege Universiteti Mühəndislik Fakültəsi Biomühəndislik bölümünün müəllimi Emre Dokuzparmak bildirib ki, artıq işlərə başlanılıb.
Diaqnostika dəstləri vasitəsilə şəxsdən tüpürcək nümunələri alınacaq və 5 dəqiqə ərzində qeyri-qanuni maddələr istifadə edib-etmədiyi və cinayət zamanı qeyri-qanuni maddələrin təsiri altında olduğu və vaxtı müəyyən ediləcək.
Hər iki layihə məhkəmə işlərinin qısa müddətdə həll edilməsinə öz töhfəsini verəcək.
Vüsalə Əlövsətqızı, TurpKimi.com