Səyahətdən öncə immunitet sistemini qüvvətləndirən - 3 məsləhət


Yay fəsli səyahətlər fəslidir. Bu fəsildə səyahətə çıxanların sayı  da artır. 

seyahetden-once-immunitet-sistemini-quvvetlendiren
14.07.2023 20:06 3 dəq oxuma

Səyahət zamanı bədəndə bakteriya və viruslar kimi bir çox patogenlər açıq vəziyyətdə olur və  bu da bizi xəstəliklərə qarşı acizləşdirir.  Səfər etməmişdən əvvəl  immunitet sisteminizi gücləndirərək bədəninizi səyahət üçün hazırlaya bilərsiniz. Sink, D vitamini, probiotiklər və DNT qoruyucu qidaların səyahətə çıxılan həftə ərzində  qəbul edilməsi ilə  immunitet sistemi planlı bir şəkildə gücləndirilir. 

TurpKimi.com xəbər verir ki,  türkiyəli mütəxəssis, diyetoloq Şebnem Kandıralı  Yıldırım bu haqda maraqlı bilgilər paylaşıb. 

1. Sink və D vitamini ilə infeksiyaları  yox edin 

D vitamini immunitet sisteminin təşkil edilməsində əhəmiyyətli rol oynayır və bəzi bakterial-viral infeksiyalara tutulma riskini azaldır. Optimal sağlamlıq üçün qanda D vitamini səviyyələrini  50-80 ng/mL-də tutmaq əhəmiyyətlidir. Bu nəticələr sizdə yoxdursa,   gündəlik ən azı  5000 IU D vitamini qəbulu təklif edilməkdədir.


Multi vitamin istifadə edirsinizsə, bir az sink möhkəmlətməsi ala bilərsiniz, lakin bu yetərli olmaya bilər. 20-50 mq arası əlavə sink möhkəmlətməsinin faydalı ola  biləcəyi sübut edilib. 

Hava keyfiyyəti, yerli çirkləndiricilər, otel ventilyasiyaları və təyyarələrdəki  hava sirkulyasiyası patogenlərə məruz qalmanızı artırıb infeksiyaya tutulma riskini yüksəldir. 

Sink mineralı virus əleyhinə təsirlidir. Qrip viruslarının tənəffüs yollarından daxil olmasını əngəlləyir. Sink asetat şəklində pastil kimi qəbul edilməsi  də fayda verir. 

2. Probiotiklər 

Probiotiklər  qatıq, kefir kimi qidalarda müəyyən miqdarlarda olan faydalı bakteriyalardır. Bu canlı bakteriyalar immunitet sağlamlığı da daxil olmaq üzrə evə bir çox fayda verir. İmmunitet sistemimizin 70 faizi bağırsaq florasından asılıdır. 

Faydalı bakteriyalar nə qədər çox olarsa bir o qədər də xeyirdir. Səyahətdən öncə probiotik də qəbul edə bilərsiniz.  Sağlam bir bağırsaq florasını qorumaq üçün  ən azı 15 milyard CFU ehtiva edən bir probiotik möhkəmlətmə qəbulu təklif edilir. Bağırsaq florası yalnız immunitet sisteminə təsir etmir, eyni zamanda beyin funksiyaları üçün də lazımlıdır.

3. DNT-nizi qoruyun

Təyyarələrin də X-ray (şüa yayan)  cihazları kimi bizi radiasiyaya məruz qoyduğunu bilirdinizmi?


 İnsanlar həm digər ulduzlardan gələn kosmik radiasiyaya, həm də günəş şüalarından gələn solyar radiasiyaya məruz qalırlar. Dünyanın atmosferi bizi böyük ölçüdə qorusa da səyahət etmək  artdıqca qoruma nisbəti azalmaqdadır.
Radiasiya bədəni sərbəst radikallara qarşı açıq hala gətirdikdən sonra toxumalarla qarşılıqlı təsirə girib DNT kimi hüceyrə strukturlarını pozur.

DNT-yə  verilən zərəri önləyən başlıca qida elementləri və təsir etdikləri xərçəng növləri;

Karotenoidlər (lutein, astaksantin, likopen); prostat və kolon xərçəngində
koenzim Q10; kolon, baş və boyun xərçənglərində, 
balıq yağları (omeqa3); kolon və dəri xərçəngi, 
soyadan genistein; leykemiya, 
bitki polifenolləri; bir çox xərçəng növündə,
 probiotiklər; kolon xərçəngində, 
kuersetin; baş və boyun xərçənglərində,
 selenium; kolon və döş  xərçəngində,
 C vitamini; döş, kolon və dəri xərçəngində, 
D vitamini; kolon və dəri xərçəngində, 
E vitamini; qaraciyər və döş xərçənglərində qoruyucu təsir göstərir.

Melatonin hormonunun da güclü antioksidant xüsusiyyətləri vardır. DNT-ni qoruyar və sağlam hüceyrə bölünməsini sürətləndirər.İnsanların çoxu ortalama olaraq  3 mq melatonin dozasını optimum yuxunu təmin etmək üçün istifadə edər. Həyəcan, narahat edici otel yatağı və s. səbəblərdən ötəri hər vaxt yaxşı yatmaya bilərsiz. Vərdiş etdiyinizdən əlavə  saat fərqi olan bir yerə səyahət edirsinizsə, melatonin istifadə edib sürətliə bədəninizin sirkadyen ritminin nizamlamasına kömək edə bilərsiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com