Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günləri üçün hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Böyük və Kiçik Qafqaza səyahət edənləri arabir yağışlı, dağlıq ərazilərdə qarlı hava şəraiti gözləyir. Yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 21-də gündüz saatlarında yağışda fasilə olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 10-14, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində hava şəraitinin yağışlı olacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 21-də gündüz bəzi yerlərdə yağışda fasilə olacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 9-13 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, aprelin 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 10-15 dərəcə isti, aprelin 21-də 18 dərəcəyədək isti təşkil edəcək.
Naxçıvan MR-da şimşək çaxacağı, arabir yağış yağacağı, aprelin 21-də gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.
Paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, aprelin 21-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi aprelin 21-də gündüz mülayimləşəcək. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.
Hava şəraiti əhvalınıza təsir etməsin.
TurpKimi.com