Hələ belə bir hadisə görülməmişdi...
Tayvanda infeksiyanın düşdüyü zənn edilən bir qadının gözündən kiçik bal arıları çıxıb.
TurpKimi.com bildirir ki, bu barədə məlumat “Strait Times” nəşrində dərc edilib.
Tayvanda 28 yaşlı qadın gözündə baş qaldıran şiddətli ağrı və yaşarma şikayəti ilə Fooyin Universiteti Xəsatəxanasına müraciət edib. Qadının gözünə mikroskopla baxan həkimlər orda 4 ədəd kiçik bal arısının ayaqlarının tərpətdiklərini görüblər.
Həkim Hung Çi Ting-in bildirib ki, arılar qadının göz çuxurunda gözyaşları ilə qidalanıblar. Cərrahi müdaxilədən sonra arılar gözdən çıxarılıb.
Arılar qadının gözünə qohumunun məzarındakı otları təmizləyərkən girib. Qadın gözünə tozun düşdüyünü zənn edib və su ilə təmizləyib. Ancaq ağrının dözülməz olduğunu görərək xəsətəxanaya müraciət edib.
Firuzə Alimova / TurpKimi.com