"Simpsonlar" 27 il əvvəl koronavirus barədə xəbər veribmiş: - DÜNYA ŞOKDA - VİDEO


Filmin bu kəhanəti sosial mediada gündəm olub.

simpsonlar-27-il-evvel-koronavirus-barede-xeber-veribmis
28.01.2020 10:19 1 dəq oxuma

İlk bölümü 1989-cu ildə yayımlanan ABŞ cizgi filmi “Simpsonlar”ın (“The Simpsons”) 1993-cü ildə çəkildiyi iddia edilən bir bölümündə koronavirusa aid izlər olduğu ortaya çıxıb.

TurpKimi.com xəbər verir ki, iddiaya görə film 27 il əvvəl Çində bir virus yayılacağından xəbər verib.

Sözügedən bölümdə Simpsonlar ailəsinə Çindən poçt ilə bir paket gəlir və bu paket nəticəsində ABŞ-da keçici xəstəlik yayılır.

Filmin bu kəhanəti sosial mediada da gündəm olub, tvitterdə bununla bağlı bir çox tvit atılıb.

Qeyd edək ki, “Simpsonlar” cizgi filmi bir çox öncəgörmə iddiaları ilə məşhurdur.

Həmin bölümdən bir hissəni təqdim edirik:

Metbuat.az