“Sinovac” şirkətindən açıqlama...
Azərbaycan da daxil olmaqla 48 ölkədə koronavirusa qarşı tətbiq edilən “CoronaVac” peyvəndinin üçüncü dozası “Omikron” ştammına qarşı 94 faiz effektivlidir.
Bu barədə peyvəndin istehsalçı olan “Sinovac” şirkəti məlumat yayıb.
Çinin əczaçılıq şirkətinin məlumatına görə, “CoronaVac” peyvəndinin iki dozasını qəbul edən şəxslərin hər 20 nəfərindən 7-nin (35%) orqanizmində “Omikron”u zərərsizləşdirmək üçün kifayət qədər anticism olduğu müəyyənləşdirilib.
Lakin peyvəndin üçüncü dozası vurulduqdan sonra “Omikron”a qarşı dözümlü olanların faiz nisbəti 94-ə (hər 48 nəfərdən 45-i) yüksəlib.
Qeyd edək ki, hazırda dünya ölkələrinə 808 milyon doza “CoronaVac” peyvəndi satılıb.
Mənbə: “Haber Global” / TurpKimi.com