Baharın gəlişi ilə allergik şikayətlər də artır.
İnsanların çoxunda baş ağrısı və burun tutulması olur. Belə hallarda dərmanlar və burun damcıları, spreylər bəzilərinə kömək edirsə, xroniki sinüzitdən əziyyət çəkənlər ciddi müalicə, bəzən də əməliyyat olunur.
Sinuzit iltihabı (el arasında qaymorit) hüceyrələrin şişməsinə, bu isə burunda nəfəsin daralmasına səbəb olur və mayenin irriqasiyasını çətinləşdirir.
"Sinuzitə nə yaxşı təsir edə bilər" sualına xalq arasında həll yolları axtarılır. Ancaq bu yollar hər zaman sağlam nəticə göstərmir. Bəzən problemi ağırlaşdıra bilir.
TurpKimi.com xalq arasında sinuzitə yaxşı təsir etdiyi deyilən 5 səhv bilgini təqdim edir:
Həyat keyfiyyətini aşağı salan sağlamlıq problemlərindən biri olan sinuzit, burun tıxanıqlığı, burun axıntısı, baş ağrısı və qızdırma ilə özünü göstərən, üz nahiyəsində olan hava boşluqlarının iltihablanması nəticəsində meydana gəlir.
Ümumiyyətlə, immun sistemi zəifləyən, anidən hava dəyişiminə məruz qalan, kifayət qədər istirahət edə bilməyən, ya da burnun içində ət böyüməsi kimi problemləri olan şəxslərdə daha çox müşahidə edilir.
Sinuzit probleminə xalq təbabətində də xeyli çarələr var.
Ancaq bu həll yolları hər vaxt sağlam nəticələr doğurmur və xəstədə fərqli problemlərə yol aça bilir.
Qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssis Op.Dr. Nurten Küçük sinuzitdə doğru bilinən 5 səhv haqda məlumat verib.
1-Sinuzit əməliyyat olsa da, yaxşılaşmaz
Sinuzit cərrahlarının məqsədi ət böyüməsi kimi burun içini daraldan patologiyaları əməliyyat ilə ortadan qaldırmaq, eyni zamanda sinus ağızlarını genişlədərək sinusların özünü təmizləməsini təmin etməkdir.
Xroniki sinuzitdən əziyyət çəkənlər cərrahi əməliyyatdan sonra xroniki sinuzitdən xilas olar, ancaq daha az problemlərlə qarşılaşa bilərlər. Bu problemlər də normal sağlam fərdlər kimi antibiotik müalicəsi ilə həll edilər.
2. Təbiblərdən şüursuzca alınan bitki və bitki çayları
Sağlamlıq söz mövzusu olduğunda hər şeydən şüurlu, bilgili şəkildə, mütəxəssis nəzarətində istifadə edilməlidir. Bəzi ədviyyat və çaylar şəxsin digər xroniki xəstəliklərinə görə istehlak edilməlidir.
Bəzi qidalar təzyiqi, bəzi qidalar diyabet xəstələrində şəkəri yüksəldə bilir. Xəstələr bitki müalicəsindən istifadə etdikdə həkimlə məsləhətləşməlidirlər.
3. Acı qovun (Qüdrət narı da deyilir) bitkisinin suyu buruna çəkilsə sinüzitə yaxşı təsir edir
Acı qovun adı verilən bitkinin suyu sinuziti açmaq üçün xalq arasında geniş şəkildə istifadə edilir.
Ancaq toxumaları kimyəvi olaraq yandıran bu bitki korluq kimi problemlərə səbəb ola bilər.
4. Acı yemək sinuzitə yaxşı təsir edir
Bibərin içində olan kapsaisin adlı maddə bədəndə bir çox metabolik prosesə təsir edir. Eyni zamanda bədəndə adrenalin sintezini artırır.
Bu da normalda burun açıcı kimi istifadə edilən burun spreylərinin funksiyasını yerinə yetirir. Bu mənada acı bibərin sinuzitə və qrip kimi infeksiyalarda təsirli bir qida olduğu deyilə bilər.
Ancaq həddindən artıq istehlak etmək ciddi mədə xəstəliklərinə, hemoroidə və bir çox başqa xəstəliyə qapı açır.
5. Sinuzitə bir dəfə tutulan bir daha xilas ola bilməz
Sinuzit əməliyyatı xəstəliyin xroniki olmasının qarşısını almaq üçün aparılır. Əməliyyatdan sonra şəxs hər kəs kimi, məsələn ildə 1 dəfə sinuzitlə rastlaşa bilər.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 23-04-2021