Siqaret çəkənlər haqda dəhşətli fakt


Bizi öldürən o kiçik bağlamanın içərisində bədənimizə sovurduğumuz ölümcül zəhərlərdir

siqaret-cekenler-haqda-dehsetli-fakt
09.04.2019 09:29 2 dəq oxuma

Türkiyədə Trakya Universitetinin rektoru Prof.Dr.Erhan Tabakoğlu siqaret çəkənlərin hər nəfəsdə 4 min zəhəri udduğunu bildirib.

Eyni zamanda siqaretlə bağlı yaranmış xəstəliklərin ən ölümcül xəstəliklər olduğunu və siqaretdən dolayı hər 8 saniyədən bir nəfərin dünyasını dəyişdiyi qeyd edilib.

“Hər il siqaretin mənfi təsirlərindən 4 milyondan çox insan ölür. 2020-ci ildə yeniyetmələr arasında hər 3 nəfərdən birinin siqaretin mənfi təsirindən öləcəyi görünür. Əslində bu çox qorxunc mənzərədi. Siqaret çəkildiyi zaman öldürsəyi heç kim onu çəkməzdi, amma 20-30 ildən sonra öldürür. İnsanlar isə bunun fərqinə varmırlar. Bunu görmək məcburiyyətindəyik”, - deyə Erhan Tabakoğlu bildirib.

Daha sonra professor siqaretin tərkibindəki zəhərli maddələrin bir çox xəsətəliklərə səbəb olduğunu və insanların ömrünü qısaltdığını vurğulayaraq bunları deyib:

“Siqaretin ən çox mənfi təsirinə məruz qalan orqan ağ ciyərdi. Qatı dumana məruz qaldığı üçün ağ ciyərin quruluşuna böyük zərər verir. Siqaretin hər nəfəsində orqanizmə 4 min növdə zəhərli maddələr daxil olur. Bundan ən çox təsirlənən ağ ciyərdi. Ən çox öldürən xərçəng növü də ağ ciyər xərçəngidir. Gündə bir qutu siqaret çəkən insan ağ ciyərinə hər gün 20 dəfə toplu şəklində iynə batırmış olur. 20 il siqaret çəkən bir insanın orqanizminə bu qədər ziyan vurduğunu düşünsəniz, o zaman ağ ciyərini məhv etdiyini görəcəksiniz.

Hər dəfə siqaret çəkən insan ömründən bir neçə dəqiqəsini siqaretə vermiş olur. Dayanmadan siqaret çəkən insan isə həyatının təqribən 10 ilini siqaretlə məhv edir. Bütün bunlar arşdırmalar zamanı ortaya qoyulmuş elmi nəticələrdir. Siqaret erkən ölümlərə də səbəb olur. Eyni zamanda yaşam keyfiyyətini aşağı salır və davamlı olaraq xəstəliklərlə boğuşmaq məcburiyyətində qalırsız”.

Firuzə Alimova / TurpKimi.com