Siqareti tərgitmək istəyənlər üçün şad xəbər - Yeni araşdırma çox şeyi dəyişəcək


İngiltərədə aparılan  araşdırmanın nəticələrinə əsasən,  siqaretdən imtina etdikdən sonra  ağciyərlər öz-özünü təmizləyir. 

siqareti-tergitmek-isteyenler-ucun-sad-xeber
30.01.2020 16:06 1 dəq oxuma

TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki,   indiyə qədər ağciyər xərçənginə gətirib çıxaran genetik mutasiyaların qalıcı olduğu düşünülürdü.

İngiltərədəki "Wellcome Sanger" İnstitutunun araşdırmaları  "Nature" jurnalında dərc edilən məqalədə indiyədək səhv düşünülən məlumata aydınlıq gətirilib. Əgər siqaret çəkilmirsə,  tərgidilibsə ağciyərlərə zərbə vuran xəstə hüceyrələri get-gedə böyüyən sağlam hüceyrələr təmizləyir.  Sağlam hüceyrələr böyüyərək ağciyərdəki zərər görmüş hüceyrələrin yerinə keçir. 

40 il siqaret çəkənlər sağaldılıb

"Wellcome Sanger" İnstitutundan həkim Peter Campbell qeyd edib ki, 40 il boyunca siqaret çəkdikdən sonra siqareti tərgidən xəstələrdə belə hüceyrələr tütünün zərərli təsirlərinə heç məruz qalmamış kimi yenilənə  bilir.  Əgər siqaret buraxılarsa,  ağciyərlərin 40 faizinin sağlamlığa qovuşma şansı heç çəkməyənlərdəki qədərdir.   Alimlər indi ağciyərin nə qədər hissəsinin sağalması üzərində baş sındırırlar.  Araşdırma nazik damarlar arasında oksigen və karbon 4 oksid dəyişməsini təmin edən ağ qan hüceyrələri kimi kiçik strukturlar yerinə, əsas  hava yolları üzərinə fokuslanır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com