Şirin yemə istəyinizin səbəbi budur - Son araşdırma


Pəhriz, heç vaxt ac qalmaq deyil. Amma pəhriz zamanı müəyyən qidalar var ki, onlardan yan keçməliyik.

sirin-yeme-isteyinizin-sebebi-budur
07.05.2019 22:11 1 dəq oxuma

Bəzən isə bu mümkün deyil. Ziyafətlərdə, qonaqlıqlarda təklif edilən şirniyyatı çox rahatlıqla qəbul edirik. Həqiqətənmi, bunu qarşı tərəfi incitməmək üçün edirik?

Yeni araşdırmalara görə,  şirniyyat yemə istəyinin başlıca səbəblərindən biri stresdir. Yuxusuz keçirdiyiniz gecənin səhəri günü şirni yemək istəyi daha çox olur.  Stresli günlərdə insanın hislərinə və istəklərinə nəzarət etməyi çətinləşir.

“Personality and Social Psychology” jurnalında dərc  olunan tədqiqatda 211 iştirakçı 30 gün ərzində onlayn anket doldurub. İştirakçılara ümumi yuxu saatları, gün ərzində spirtli içkidən istifadə, gündəlik fəaliyyət dairələri və gün ərzində  yaşadığı streslər haqda suallar verilib. Stresli bir gün keçirən iştirakçıların cavablarında üç ifadə hamıda eynilə təkrarlanıb. "Hazırda diqqətimi bir şeyə fokuslaya bilmirəm", "Hazırda zehni enerjim azalır", "İstəklərimə nəzarət etməkdə çətinlik çəkirəm".

Yuxusuzluq insanın özünənəzarət mexanizmini sıradan çıxardır.  Buna bağlı olaraq stress də artır. Nəticədə insan istəklərinin çətin olduğu hissinə qapılaraq yanlış qərarlar verə bilir.

Aparılan son araşdırmalara görə, insan 7 saat yuxu yatmalıdır. Xüsusilə pəhriz saxlayanlar yuxu rejiminə ciddi nəzarət etməlidirlər. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com