Şirniyyat sevənlərin ləzzətindən damağını çatladacaq - Brauni resepti


Üstü xırçıltılı,  içi yupyumşaq yaş brauniyə kim “yox” deyə bilərki?

sirniyyat-sevenlerin-lezzetinden-damagini-catladacaq
18.10.2023 19:57 1 dəq oxuma

Şirniyyatı sevənlər ev şəraitində dadlı brauni hazırlamaqla bu sevgini ram edə bilərlər. 

Üstəlik fıstıqlı və şokoladlı şirniyyata heç kim yox deməz. 

TurpKimi.com kiçik loxması ilə damağınızı çatladacaq  brauni reseptini sizlərlə bölüşür:

Ərzaqlar:

• 150 qr qara şokolad

• 100 qr kərə yağı

• 2 ədəd yumurta

• 200 qr şəkər kirşanı

• 100 qr un

• 1 paket qabartma tozu

• 100 qr duzsuz,  qabığı soyulmuş püstə

Hazırlanması:

1. Sobanı 180 dərəcəyə nizamlayın.

2. Kərə yağı və şokoladı parçalara bölün və su buxarında əridin.  

3. Bir qabda yumurta və şəkər tozunu  ağarana qədər çırpın.

4. İçinə ərimiş kərə yağını və şokoladı qatın. Qarışığa un, qabartma tozu və Antep fıstıqlarını əlavə edin.

5. Qarışığı yağlı kağız ilə örtülmüş (20×20 sm) kvadrat və ya müxtəlif şəkilli qəlibin içərisinə  tökün.

6. Sobada 25 dəqiqə bişirin.  Bişdikdən sonra qəliblərdən çıxardın  və servis edin. 

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com