Şirniyyatın zərərini azaltmağın yolları açıqlandı


Şirniyyat yedikdə niyə aclıq hiss edirik?

sirniyyatin-zererini-azaltmagin-yollari-aciqlandi
20.05.2022 13:14 1 dəq oxuma

Şirniyyatın ən böyük təhlükəsi çox yüksək kalorili olmasıdır, istehlak edildikdə çox miqdarda insulin qana daxil olur və aclıq hissi yalnız güclənir. Buna görə də, yalnız desertlə qəlyanaltı etmək həddindən artıq yeməyə səbəb olur.

Bu barədə tanınmış rusiyalı endokrinoloq Zöhrə Pavlova özünün “Telegram” kanalında xəbərdarlıq edib.

O, şirniyyatı yalnız doyurucu nahar və ya səhər yeməyindən sonra istehlakı tövsiyə edib.

“Doyunca yedikdən sonra aclıq mərkəzi artıq yeni siqnallara daha az cavab verəcək; artıq tox və məmnundur”, - deyə tibb elmləri namizədi izah edib.

Həkim piroqlardan hissə-hissə, özü də çay, yaxud qəhvə ilə istehlakı tövsiyə edib, çünki maye onların dadını “yuyub aparır”.

“Bundan yarım saat və ya bir saat sonra daha çox su içmək lazımdır. Desertin tərkibi də vacibdir - yumurta, kəsmik və bəzi protein mənbəyi olanlara üstünlük verilməlidir”, - deyə Z.Pavlova sözlərini yekunlaşdırıb.

Oxu.az / TurpKimi.com