Şirniyyatlara vurduğunuz marqarinin ölümə aparan zərərləri


Azərbaycanda piştaxtalarda kərə yağı adı altında onlarla marqarin satılır. Əhalinin kasıb təbəqəsi isə ucuz kərə yağı aldığını düşünürək sağlamlığı üçün bilmədən böyük təhlükə yaradır. Necə deyərlər, özü öz quyusunu qazır.

sirniyyatlara-vurdugunuz-marqarinin-olume-aparan-zererleri
22.03.2019 17:47 1 dəq oxuma

Şirniyyatların hazırlnmasında daha çox istifadə edilən marqarin insan sağlamlığı üçün təhlükə saçır. 

Ekspertlər müxtəlif qarışıqların birləşməsi ilə əldə edilən marqarinin ana südünü azaltmasından tutmuş ürək xəstəliyinə qədər sağlamlığa zərərli olduğunu bildirib.

TurpKimi.com xəbər verir ki, ekspertlərə görə, keçmişdən bəri  insanların yeməklərin hazırlanmasında istifadə etdiyi  marqarin "oleomarqarin" deyilən bir yağdan istehsal olunur. Bu yağ bitki və heyvan mənşəli yağlar ilə suyun qarışığından ibarətdir və tərkibində həll oluna bilməyən qarışıqlar var.

Bundan başqa, marqarinə dadlandırıcı xüsusiyyəti qazandırmaq üçün  sitrik turşu, qıcqırmış südün  alt suyu və qatıq  vururlar. 

Bu elementlər bir-birilə qarışması tərkibindəki vitaminlərin pozulmasına səbəb olur.

Beləliklə, pozulan vitaminlər sağlamlıq baxımından ciddi problemlər yaradır. 

Tədqiqatlar marqarindən  istifadə edən insanların istifadə etməyən insanlara görə ürək xəstəliyinə tutulma  riski 53 faiz daha çoxdur. 

Marqarin yağının üzərində araşdırmalar davam edir.

Aparılan son araşdırmalarda marqarin:

Əmizdirən anaların süd keyfiyyətinin azalmasına,

 Pis xolesterinin yüksəlməsinə,

Şəkər xəstəliyi kimi təhlükəli xəstəliklərin yaranmasına səbəb olur.

Vüsalə Əlövsətqızı, TurpKimi.com