Şişkinliyi yox edən  və yağları  əridən diyet  - Arıqlamaq istəyənlər üçün...


TurpKimi.com maddələr mübadiləsini sürətləndirmək və şişkinliklərdən azad olmaq üçün yeni diyet siyahısını təqdim edir:

siskinliyi-yox-eden-ve-yaglari-eriden-diyet
19.01.2023 00:30 2 dəq oxuma

İLK 2 GÜN

Nahar
* 2 dilim pendir
* Yarım avokado və ya 2 barmaq qalınlığında ananas
* 2 ədəd xiyar, bol göy-göyərti (cincilim, şüyüd, cəfəri və s.)

Ara pay

* 2  fincan şişkinliyi yatızdıran çay

Ərzaqlar: 1 ədəd ananasın qabıqları, 1 dəstə cəfəri, 1 litr su.

Hazırlanması: Ananası yuyun və soyun. Qabıqlarını kiçik parçalara ayırın və təxminən bir litr suda, üstü bağlı qabda zəif odda 15 dəqiqə qaynadın. Daha sonra cəfəriləri əlavə edin və 5 dəqiqə daha qaynadın. İsti və ya soyuq halda içə bilərsiniz.

Günorta

* 150-160 qram qızardılmış ət və ya 1 boşqab balıq (200-250 qram)
*Bol yaşıl  salat (1 çay  qaşığı zeytunyağı, balzamik sirkə və limon əlavə edilə bilərsiniz. Nar şərabından istifadə etməyin).

Ara pay

* 2 fincan şişkinliyi azaldan çay (yuxarıdakı reseptlə hazırlanmış)
* 1 ovuc boyda çiy badam və ya çiy kaju
* 1 ədəd quru xurma

Axşam

* 2 yumurtalı, az yağlı omlet və ya çığırtma, xiyar və bol yaşıl tərəvəzlər.

SON 2 GÜN

Nahar

* 7-8 ədəd badam, 2 qoz, 1 barmaq qalınlığında ananas dilimi, 4-5 qaşıq qatıq və darçın… Hamısını bir kasada qarışdırın və kokteyl halına gətirib için.  

Ara pay

* Albalı (gilas) sapı çayı

Günorta

* 5-6 ədəd sobada kotlet və ya 1 qutu ton balığı (160 qram)
* Göyərti və yaşıl tərəvəzlərdən ibarət bir salat (1 çay qasığı zeytunyağı, balzamik sirkə və limon əlavə edilə bilər, nar şərabı əlavə olunmasın).

Ara pay

* Maddələr mübadiləsini sürətləndirən qarışıq

Hazırlanması: 4 qaşıq qatığın içinə; 1 yemək qaşığı kətan toxumu, 1 çay qaşığı çörək otu yağı, 1 çay qaşığı pul bibər, 1çay qaşığı sumax, 1çay qaşığı toz sarıkök, dörddə bir limon, 1 çay qaşığı zeytun yağını qarışdırıb istehlak edin.

Axşam

Maddələr mübadiləsi sürətləndirən balqabaq şorbasını istədiyiniz qədər istehlak edə bilərsiniz.

Ərzaqlar:

* 2 balqabaq * 2 soğan * 1 pomidor * 2 qaba bibər * 2 yemək qaşığı yarma və ya kinoa * 1 yemək qaşığı zeytun yağı, * 1 ovuc nanə, * 1 ovuc cəfəri, * 1 ovuc şüyüd, * sarıkök, pul bibər, qara bibər, duz və sarımsaq.

Hazırlanması: Ərzaqları 2-3 stəkan su ilə qaynadıb blendirdən keçirin. Aşağı kalorili və lifli olan bu şorba sürətli şəkildə arıqlamağa və şişkinliyi yatırtmağa kömək edəcək.

Ara pay

* Albalı (gilas) sapı çayı 

Qeyd: Mövsümündə gilasın saplarını tullamayın, qurudaraq saxlayın. Çox güclü antioksidantdır. Şişkinliyi yatızdırır, tərkibi vitamin və minerallarla zəngindir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 18-11-2019