Siz də adları, nömrələri  xatırlamaqda çətinlik çəkirsiz? - Asan variantlar


Güclü zehinə sahib olmaq öz əllərinizdədir.

siz-de-adlari-nomreleri-xatirlamaqda-cetinlik-cekirsiz
15.01.2024 18:34 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki, adları xatırlamaq çox insanın yaşadığı və sosial baxımından narahat edən məsələlərdən biridir. Əslində bu problemin öhdəsindən gəlmək mümkündür. 

Adları xatırlamağın, yadda saxlamağın ən yaxşı yolu adın deyildiyi zaman səslənməyinə fikir vermək və o adı dərhal istifadə etməkdir.  Dünya Yaddaş Çempionatında 3 dəfə birincilik əldə edən Aleks Mullen adları xatırlamaq üçün elə də bir üsulun olmadığını, sadəcə olaraq fikri bir yerə cəmləməyi bacarmağı qeyd edib.   


Yaddaşı inkişaf etdirmək üzrə mütəxəssislər də eyni şeyi deyirlər. Diqqəti cəmləmək söhbət etdiyiniz insanın bildiyiniz bir xüsusiyyətini seçməyinizi  tələb edir.  Məsələn, qarşınızdakı insanın xüsusiyyətlərindən birini- köklə eyni rəngdə olan narıncı saçlarının olduğunu düşünək. Mütəxəssislər həmin şəxsin  adını  beyninizdə köklə əlaqələndirib saxlamalı olduğunuzu  məsləhət görür. 

Baker/baker paradoksu

Psixologiyada xatırlamağın necə işlədiyinə dair nümunələr var. Bu da “Baker/baker paradoksu” adlanır.  Araşdırmaların birində iştirakçılara şəxsin üzünün şəklini göstəriblər. İştirakçıların bir hissəsinə bu şəxsin soyadının Baker olduğunu, digərinə isə onun çörəkçi olduğunu deyiblər. Bir neçə gün sonra isə iştirakçıların şəkildəki adamın adından çox peşəsini xatırladıqları məlum olub. 

Bu necə baş verir?

Şəkildəki adamın çörəkçi olduğunu eşitdikdən sonra iştirakçıların beyinləri dərhal hərəkətə keçir və bu peşə ilə bağlı elementləri xatırlayır: təzə çörək, ağ rəngli aşpaz papağı və önlük və ya şirniyyat evinin qarşısında durub uşaqları tort dilimləri və şirnilərlə qarşılayan biri.

 Yaddaşı İnkişaf Texnikaları xatirələri görüntüləmək qabiliyyətinə əsaslanır

Güclü yaddaşa sahib olmaq üçün bizə kömək edən əsas şey görüntünün əksidir.  Yaddaşın inkişafında hər bir texnika sadəcə bir şeyi xatırlamaqdan daha çox xatirələri yada salmaq, canlandırmaq, nə iləsə əlaqələndirmək  qabiliyyətinə əsaslanır.

Başqa sözlə, fizioloji baxımdan yaddaşı güclü olan insanları  unutqan insanlardan fərqləndirən heç bir şey yoxdur. Sadəcə olaraq onlar adları, nömrələri  yaddaş təlim texnikalarından istifadə edərək xatırlayırlar. Bunlar üzərində ixtisaslaşmaq üçün  zaman sərf edirlər. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

"New York Times"-dan götürülüb.