Siz Disneylenddə bu qəribə səbəbdən ağcaqanadları heç vaxt görməyəcəksiniz


Ağıllı üsullar...

siz-disneylendde-bu-qeribe-sebebden-agcaqanadlari-hec-vaxt-gormeyeceksiniz
31.07.2022 14:36 3 dəq oxuma

Hətta qızmar yay günləri parkda ağcaqanaqlar olmur

ABŞ-da "Disney aləmi" parkı nağıllar dünyasıdır. Əyləncələr parkında dünyaca məşhur hadisələr canlanır. Uşaqların və böyüklərin əksəriyyəti nə zamansa Disneylendi gəzib dolaşmağı arzu edir.

Əgər sizin belə imkanınız olarsa, diqqət edin, ağcaqanadlara rast gəldinizmi?

Çox güman ki, yox, çünki qəribə səbəbdən dişləyən ağcaqanadlar nağıllar parkına daxil olmur.

İsti iqlim

Disneylend Florida ştatında yerləşdiyindən gözləmək olar ki, parkda çoxlu ağcqanad olacaq.

Hərarət tez-tez yüksək olur, ştatın digər ərazilərində çoxsaylı ağcaqanadlara və digər balaca varlıqlara rast gəlmək olar.

Rahatsız şəraitə baxmayaraq, Disney məhz burada "Yer kürəsinin ən xoşbəxt yeri"nin tikilməsini arzulayıb.

"Florida" layihəsi

Gizli şəraitdə Uolt Disney 1960-cı illərdə özünün əyləncə parkı ideyasını işləyib hazırlayıb. O hətta öz planarı üçün kod adlardan istifadə edib: "Florida" lahiyəsi.

Məşhur rejissor öz yaradıcılığını işə salaraq özünün əyləncəli parkı üçün möhtəşəm ideyalar düşünüb. Disney özü layihənin gerçəkləşməsini görməyib. O, 1966-cı ildə vəfat edib, Disney World isə  öz qapılarını ziyarətçilərin üzünə yalnız 1971-ci ildə açıb.

Turist attraksionu

Ona görə də Disney World  -ün yaradıcısı onun parkının necə böyük uğur qazanmasını öz gözləri ilə görə bilmədi. Disneylend tez bir müddətdə dünyda ən populyar kurorta çevrilib. Hər il bu nağılabənzər parkı orta hesabla 52 milyon insan ziyarət edir! Hər gün nəinki istirahətə gələnlər, həm də on minlərlə əməkdaşlar Disney World-ü ziyarət edir. 

Necə ola bilər ki, burada heç vaxt ağcaqanadlar adamı dişləmir?

Nəhəng ərazi

Disneylendin ərazisi çox nəhəng olduğundan hər il bu qədər insanın buranı ziyarət etməsi təəccüblü deyil. Lakin onun ərazisində yerləşən əyləncə parkının və otellərin sahəsi sizi təəccübləndirəcək.

Bilirsinizmi ki, Disney World-ün ərazisi Manhettendən 2 dəfə böyükdür?

Lakin ərazinin böyük bir hissəsi təbii qorunan qoruqdur, Uolt Disney bunu istəyirdi. Çox qeyri-adi haldır ki, bu qədər yaşıllığın arasında bir dənə də ağcaqanad görünmür.

Xüsusi ətir

Disney World öz ziyarətçilərinə unudulmaz təəssüratlar bəxş etməyə çalışır. Əlçatan yerlərdə zibil bakları var, havanın xüsusi spreyləri ( püskürdücülər) ətraf aləmə vanil və ya yeni bişirilmiş peçenyenin ətri saçır. Parkda milyonlarla gül bitir, əməkdaşların özünün Disney uniformasında gizli gəzinti marşrutları var. Demək olar ki, parkın dizaynerləri parka möcüzə çalarları verə biləcək hər şeyi edirlər. Ağcaqandadları parkdan həmişəlik qovmaq üçün Disney hələ 1960-cı illərdə ekspert, general-mayor Uilyam Potteri cəlb edib.

Ekspertin məsləhəti

Potter Panama kanalı rayonunda ağcaqanadlara qarşı mübarizədə iştirak edib. Sonradan o, bu layihənin gedişində əldə etdiyi biliklərindən Disney World-də yararlana bilərdi. Potterin strategiyası nədən ibarətdir? Ağcaqanadlara ətraf mühitdə yumurta qoymağa imkan verməmək. Çünki yumurtlar nə qədər az olarsa, ətrafda qaniçən yaşlı ağcaqanadlar daha az olacaq!

Ağıllı üsullar

Adətən ağcaqanadlar yumurtalarını hərəkətdə olmayan suya qoyur. Məhz buna görə də Disneylenddə siz heç bir yerdə beləsini görə bilmərsiniz. Şəlalələr, axar bulaqlar və ya fontanlar yalnız daima hərəkətdə ola bilər. Potter həmçinin parkdakı suyun əla drenajı  barədə düşünüb ki, torpaq nəmlənməsin və ağcaqanadlar öz işlərini görə bilməsin. Hətta bütün bina və heykəllərdə yağış suyu nəzərdə tutulub. Onlar elə layihələşdirilib ki, su dərhal axıb gedir və gölməçələr yaranmır. Bax, iş belə olar!

Sarımsaqlı sprey

Bütün bu fırıldaqlara baxmayaraq, bəzən ağcaqanadlar parka girə bilir. O zaman onları dərhal kənarlaşdırırlar, amma pestisidlərə bel bağlamayın. Bu, Uolt Disneyin istəyi idi-öz arzularının parkını imkan daxilində təbii saxlamaq. Əgər ağcaqanadların hücumu təhlükəsi yaranarsa, əməkdaşlar xüsusi sarımsaqlı spreydən istifadə edib ətrafa püskürürlər. Ağcaqanadlar sarımsaq qoxusuna nifrət edir və tezliklə özlərinə başqa yer axtarırlar. Lakin gözləməyin ki, bundan sonra parkdakı hava italyan restoranında olduğu kimi ətir saçacaq. Spreyin tərkibində sarımsağın miqdarı çox azdır və ziyarətçilər onun qoxusunu duya bilməyəcək.

Moderator.az / TurpKimi.com