Fərqli bölgədə çıxan səpkilər müxtəlif səbəblərdən qaynaqlanır...
Üzümüzdə çıxan sızanaqların bəzi xəstəliklərin xəbərçisi ola biləcəyi açıqlanıb. Bədəninizin hər hansı hissəsindən getməyən inadkar sızanaqlar baş qaldıran xəstəliyin səsi olduğunu unutmayıb.
Belə ki, son araşdırmalar göstərir ki, üzdəki sızanaqlar təkcə dəri problemlərinin deyil, həm də bəzi daxili sağlamlıq problemlərinin xəbərçisidir. Ona görə də üzünüzdə qalıcı və getməyən sızanaqlar varsa, həkimə müraciət edin.
Bu sızanaqlar sizə orqanizminizdə baş verən proseslər haqqında məlumat verə və xəstəlik varsa diaqnozu asanlaşdıra bilər.
Alın və çənə bölgəsində çıxan sızanaqlar
Məsələn, alında çıxan sızanaqlar, adətən həzm sistemi ilə əlaqələndirilir. Yəni həzm sistemində olan problemlər alın nahiyəsində sızanaqların çıxmasına səbəb olur.
Yanaqlardakı sızanaqlar tənəffüs yolu problemləri və ya ağciyər sağlamlığı ilə əlaqələndirilir.
Çənə bölgəsindəki sızanaqlar hormonal dəyişikliklərlə əlaqələndirilir. Çənə altı və boyun nahiyələrindəki sızanaqlar isə limfa düyünləri və ya immun sistemi problemlərinə işarə edir.
Gözlərin altındakı sızanaqlar yuxusuzluq, yorğunluq və ya stress ilə əlaqələndirilir.
Burnun üzərindəki sızanaqlar
Burnun üzərində çıxan sızanaqlara stress, pəhriz və ya bəzi dərmanlar səbəb olur. Ancaq ən çox görülən səbəb həmin bölgəyə göstərilən zəif gigiyenadır. Bu səbəbdən burundakı sızanaqlara diqqət yetirməli və dərhal hərəkətə keçməlisiniz.
Beldə çıxan sızanaqlar toksinlərdən qaynaqlanır
Sızanaqların ən çox çıxdığı yerlərdən biri belimizdir. Beldəki səpkilər dəridəki toksin və yağlarla qarışan tər məsamələrinin tıxanması nəticəsində yaranır.
Mütəxəssislər qeyd edir ki, dəri problemləri və səpkilər qəti diaqnoz üçün kifayət etməsə də, hər bir insanın sağlamlıq vəziyyəti haqqında ipucu verə bilər.
Firuzə Alimova / TurpKimi.com