Smart kartlarına pul yüklənməsi problemi aradan qaldırıldı


Dünən Azərbaycanda aparıcı ödəmə terminallarından biri olan "E-manat"ın sistemində problem yaranıb. "Azəriqazın" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkün olmayıb.

smart-kartlarina-pul-yuklenmesi-problemi-aradan-qaldirildi
17.01.2022 16:50 1 dəq oxuma

Məsələ ilə bağlı Trend-ə açıqlama "E-manat"ın marketinq üzrə mütəxəssisi Ayşə Həsənova bildirib ki, problem aradan tam qaldırılıb.

O qeyd edib ki, "E-manat" terminallarında problem 16 dekabr səhər saatlarından başlayıb və dünən gecə saatlarınadək davam edib:

"Dünən günün sonunda mütəxəsislərimiz terminallarda yaranan problemi aradan qaldırıblar. Bütün müştərilər "E-manat" terminallarına yaxınlaşaraq Azəriqaz ödənişini bərpa edə bilər. Qeyd edək, bu yalnız Azəriqaz, smartkart və NFC kartlarda problem olub.Bildirişli ödənişlərdə heç bir problem olmayıb", - mütəxxəsis bildirib.

TurpKimi.com