İnsan hər gün oxşar işığa məruz qalır...
Gündəlik aşağı intensivlikli mavi işığa (BLE) məruz qalma meyvə milçəklərində yaşlanmaya və sutkalıq ritmlərə təsir edib. Smartfonlardan və digər ekran əsaslı cihazlardan istifadə edən milyardlarla insan hər gün oxşar işığa məruz qalır.
TurpKimi.com xəbər verir ki, araşdırma “PNAS Nexus” jurnalında dərc olunub.
Bioloqlar erkək meyvə milçəklərini gündəlik (Drosophila melanogaster) müxtəlif müddətlərdə aşağı intensivlikli BLE-yə məruz qoyublar. Daha sonra onları 25 gün qaranlıqda saxlanan milçəklərlə müqayisə ediblər.
Mavi işıq genlərin aktivliyində və qocalma prosesində, sutkalıq ritmlərin tənzimlənməsində mühüm rol oynayan N6-metiladenozinin (m6A) molekulunun fəaliyyətində dəyişikliklərə səbəb olub. Fəaliyyəti dəyişdirilmiş gen növləri mavi işığa məruz qalmanın sinir hüceyrələrinin fəaliyyətinə zərər verə biləcəyini göstərir.
Ümumiyyətlə, mavi işıq ən çox meyvə milçəklərinin göz və beyin toxumalarına təsir edib. Araşdırma müəlliflərinin fikrincə, insanlarda mavi işığa məruz qalmanın potensial təhlükələrinin daha da öyrənilməsi davam etdirilməlidir.
Firuzə Alimova / TURPKİMİ.COM