Sobada ləzzət fırtınası - Ətli və tərəvəzli makaron


Ənənəvi və hər gün bişirilən yeməklərdən doymusunuzsa, fərqli bir resepti bölüşəcəyik. 

sobada-lezzet-firtinasi
27.07.2024 11:43 2 dəq oxuma

Sobada makaron həm doyurucu, həm də ləzzətli bir yeməkdir. Xüsusilə uşaqların sevdiyi makaron bu cürə bişirildikdə əfsanəvi dad ortaya çıxır. 

Beləliklə, yemək üçün lazım olanlar:

Makaron üçün:

1 paket makaron (qalın və ya boru makaron)
1 yemək qaşığı duz
2 yemək qaşığı duru yağ

Ətli qarışıq üçün:

300 qram qiymə
1 ədəd  böyük ölçüdə soğan (doğranmış)
2 diş sarımsaq (əzilmiş)
1 ədəd qırmızı bibər (doğranmış)
1 ədəd yaşıl bibər (doğranmış)
2 ədəd pomidor (rəndələnilmiş)
1 yemək qaşığı pomidor sousu
1 çay stəkanı su
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı qırmızı pul bibər
2 yemək qaşığı zeytun yağı

Beşamel sous üçün:

2 yemək qaşığı kərə yağı
2 yemək qaşığı un
2,5 su stəkanı süd
1 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot

Üzəri Üçün:

1 su stəkanı rəndələnilmiş holland pendiri

Makaronun Hazırlanması:

Geniş bir qazanda suyu qaynadın.
Qaynayan suya duzu və yağı əlavə edin.
Makaronu suya əlavə edin və paketin üzərində göstərilən qədər qaynadın.
Makaronu süzün və bir kənara qoyun..

İçliyin  Hazırlanması:

Bir tavada zeytun yağını qızdırın. Doğranmış soğanları əlavə edib çəhrayı rəng alana qədər qovurun.
Sarımsaqları əlavə edib azca  qovurun.
Qiyməni əlavə edin və  suyu çəkilənə qədər qovurun.
Doğranmış qırmızı və yaşıl bibərləri əlavə edin və qarışdıraraq bişirin.
Rəndələnmiş pomidorları və pomidor sousunu əlavə edin, yaxşıca qarışdırın.
Duz, qara istiot və qırmızı pul bibəri əlavə edin.
Suyu da əlavə edin və vam odda qatı hal alana kimi bişirin. 

Beşamel Sousun Hazırlanması:

Bir qazanda kərə yağını əridin.
Unu əlavə edin və qoxusu çıxana qədər qovurun.
Südü az-az əlavə edin və davamlı qarışdıraraq hamar bir sous əldə edin.
Duz və qara istiotu əlavə edin, qarışdırın.

Sobada makaron hazırlığı:

Qaynadılmış makaronu dərin bir soba qabına tökün.
Üzərinə hazırladığınız qiyməli içliyi əlavə edin və qarışdırın.
Beşamel sousu makaronun üzərinə tökün və bərabər şəkildə yayın.
Rəndələnilmiş holland pendirini beşamel sousun üzərinə səpin.

Bişirmə qaydası:

Əvvəldən isidilmiş 180 dərəcə sobada üzəri qızarana qədər, təxminən 20-25 dəqiqə bişirin.

Servis etmə

Sobadan çıxardıqdan sonra bir neçə dəqiqə gözlədin.
Dilimləyərək süfrəyə verin. 

İpucları:

Sobada makaron üçün ən uyğun makaron növü, qalın və boru şəklində olanlardır. Bu cür makaronlar, sousu daha yaxşı çəkir  və daha ləzzətli olur.

Ədviyyatları damaq zövqünüzə görə nizamlaya bilərsiniz. İstəyə bağlı olaraq fərqli ədviyyatlar da istifadə edə bilərsiniz. 

Vüsalə Əlövsətqızı, Turpkimi.com