Dadlı yeməkləri bişirərkən sobanın sonrakı halını heç düşünmək istəmərik.
Turpkimi.com ləzzətli yeməkləri bişirdiyiniz sobanı asan və təbii üsulla təmizləməyin yolundan yazacaq:
Kimyəvi təmizləyici istifadə etmədən sobanı təmizləmək üçün ehtiyacınız olan vəsaitlər;
- Su
- Sprey şüşə
- Qabartma tozu
- Bez və ya süngər
- Sirkə
- Kiçik bir kasa
Necə hazırlanır?
1. Sobanın içindəkiləri çıxardın.
2. Kasaya bir neçə qaşıq qabartma tozu tökün və az miqdarda su ilə qarışdırın. Sobanın səthinə yaxmaq üçün məcun halına gətirilməlidir.
3. Məcunu sobanın içinə sürtün. Qabartma tozu çirkləndikcə qəhvə rəngi alacaq. Bütün səthi örtün.
4. Gecə boyu bu şəkildə qalsın. Qabartma tozunun təsir etməsi üçün ən azı 12 saat gözləməlisiz.
5. Bir gün sonra yaş bir bezlə mümkün olduğu qədər çox qabartma tozunu silin.
6. Sprey şüşəyə sirkə tökün və qabartma tozu qalığı gördüyünüz yerlərə püskürdün. Sirkə qabartma tozuyla reaksiyaya girəndə köpük yaranacaq.
7. Yaş bezlə silin.
8. Sobanın quruması üçün 15-20 dəqiqə aşağı dərəcədə qoşun.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
05-11-2019