Soda ilə necə gözəlləşmək olar? - İnanılmaz gözəllik maskaları


Gözəlliyinizə gözəllik qatmaq üçün sodadan istifadə edin. Həm asan, həm də çox pul xərcləmədən yaxşı nəticə əldə edə bilərsiniz. 

soda-ile-nece-gozellesmek-olar
07.06.2021 18:45 3 dəq oxuma

Sodanı bişinti üçün deyil, gözəllik üçün istifadə edəcəyik. 

Gözəlləşmək üçün bir ətək pul xərcləyirsiz. Amma az pul xərcləməyin ən asan yolları haqda  TurpKimi.com yazacaq. 
Soda yalnız keksləri daha yumşaq etmir, həm də təpədən dırnağa qədər sizi dəyişdirə bilir. 

Dezodorant

Qoxunu yox etmək üçün mütləq sodadan istifadə edin. Tər qoxusundan xilas olmaq üçün bu qarışımı hazırlayıb soyuducuda saxlayın və təbii dezodorantınızı özünüz hazırlayın. 

Ləvazimatlar: Hindqozu (kokos) yağı, 1 çay qaşığı soda, 1 çay qaşığı su

Hazırlanması: Hamısını qarışdırıb qol altına sürtün.  İstəsəniz qarışığa sevdiyiniz qoxudan yağ şəklində  bir az damlada bilərsiniz. 

Qara nöqtələrdən xilas olun

Üzünüzü təmizləmək  və qara nöqtələrin getməsi üçün maska hazırlayırıq. 

Ləvazimatlar: 2 yemək qaşığı jelatin tozu, 1 xörək qaşığı süd, 1xörək qaşığı təzə limon suyu, 3 xörək qaşığı soda.

Hazırlanması: Qarışığı mikrodalğalı sobada ilıq olana qədər 45 saniyə isidin.  Əlinizlə test edin, istiliyi normaldırsa  qara nöqtə olan hissəyə sürtün. Təxminən yarım saat qurumağı üçün gözləyin və yavaşca soyun. Daha sonra üzünüzü su ilə yuyun və nəmləndiricidən istifadə edin.

Dişləri ağartmaq üçün

Soda və aktivləşdirilmiş kömür qarışığı sizə parlaq və təmiz  gülüş bəxş edəcək. Ev  şəraitində hazırladığınız diş pastasında istifadə edin.

Ləvazimatlar: - 1 xörək qaşığı soda, - 6 xörək qaşığı hindqozu yağı, - 4 xörək qaşığı bentonit gili, - 2 yemək qaşığı aktivləşdirilmiş kömür, - Bir neçə damla uçucu yağ

Hazırlanması: Bütün ləvazimatları qarışdıraraq məcun halına gətirin. İstəsəniz aktivləşdirilmiş kömür yerinə təzə çiyələk və limon suyu istifadə edə bilərsiniz. Həm də soda, nanə yağı və suyu qarışdıraraq qarqara hazırlaya bilərsiniz.

Gözaltı göyərmələri yox edən maska

Yuxusuzluq gözaltı göyərmələrinə və gözaltında torbaların yaranmasına səbəb olur. Evdə qabartma tozu, çobanyastığı və su varsa narahatlığa  ehtiyac yoxdur. 

Ərzaqlar: Çobanyastığı çayı, 1 su stəkanı su, 1 çay qaşığı soda

Hazırlanması: Bir stəkan çobanyastığı çayı hazırlayın və soyudun. Sonra qabartma tozu əlavə edin və yaxşıca qarışdırın. Pambığın köməyi ilə qarışığı gözlərinizin altına tətbiq edin. 10 - 15 dəqiqə gözlədib su ilə  yuyun və nəmləndirin.

Dəriyə qulluq maskası

Özünüzə bir gün ayırın və üzünüzü soda, qreyfrut  suyu və yağdan istifadə edərək daha parlaq, daha gənc və daha canlı göstərən üz maskası hazırlayırıq. 

Ləvazimatlar: 2 yemək qaşığı  qreyfrut suyu, 1 çay qaşığı soda, bir neçə damla zeytun yağı və ya seçdiyiniz bir başqa esansial yağ

Hazırlanması: Bir qabda bütün ləvazimatları yaxşıca qarışdırın. Üzünüzə tətbiq edin, 10 dəqiqə gözləyin, durulayın və sonra nəmləndirici bir krem sürtün. Rahatlaşdırıcı bir maska üçün zeytun yağını lavanda və ya limon yağı ilə əvəz edə bilərsiniz.

Günəş yanığı və dəri soyulmasına qarşı

Yorucu bir gündən sonra rahatlamaq, ya da ağrınızı yüngülləşdirmək istəyərsiniz. Sizə daha yumşaq cild  və iltihablanmağı önləyəcək maska resepti təqdim edirik:

Ləvazimatlar: Su, 1 xörək qaşığı qabartma tozu

Hazırlanması: Ləvazimatları qarışdırıb məcun halına gətirin. Problemli bölgəyə  tətbiq edin, ya da daha rahatlaşdırıcı olması üçün ləyəninizi isti su ilə doldurun və 2 xörək qaşığı soda tökün. Rahatlamanıza kömək etməsi üçün bir neçə damla seçdiyiniz uçucu yağ əlavə edin.

Saçınıza ekstra həcm vermək

Həddindən artıq həcmli, qalın saç xəyal edirsinizsə, artıq soda  ilə ev şəraitində qarışıq hazırlayıb xəyalınızı gerçəkləşdirə bilərsiniz. 

Ləvazimatlar: 2 çay qaşığı soda, 20 damla hind yağı

Hazırlanması: İstifadə etdiyiniz şampuna 1 çay qaşığı soda əlavə edin, ya da bir fincanda soda və hind yağını qarışdıraraq şampun düzəldin. Saçınızı yuyarkən qarışığı saçınıza tökün və bir neçə dəqiqə masaj edin. Sonra durulayın.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 28-03-2021