Şokoladlı desertlərdə xərçəng yaradan maddələr aşkarlandı


Super marketlərdən alınan 22 növ sənaye desertlərinin biokimyəvi laboratoriya analizi aparılıb...

sokoladli-desertlerde-xerceng-yaradan-maddeler-askarlandi
01.06.2024 01:21 1 dəq oxuma

Blinçik, vafli və tortlar kimi zavod istehsalı olan məşhur şokoladlı desertlərdə kanserogen olan furan genotoksik birləşməsinin yüksək miqdarı var.

TurpKimi.com xəbər verir ki, bu barədə Belçikanın Luven Biomolekulyar Elm və Texnologiya İnstitutunun (IBST) alimlərinin araşdırmasına istinadən “Daily Mail” məlumat yayıb.

Tədqiqatçılar Belçika super marketlərindən alınan 22 növ sənaye desertlərinin biokimyəvi laboratoriya analizini aparıblar. Bunlara şokoladlı pancake, vafli, qablaşdırılmış yeməklər və tortlar daxildir.

Nəticələr göstərib ki, kakao lobyaları şokoladlı desertlərdə qovrulanda α, β-doymamış karbonillər adlı molekullar əmələ gəlir. İstehlak edildikdə, karbonillər zülallar və mədə fermentləri ilə qarşılıqlı təsir göstərərək DNT-yə zərər verə bilər və sürətlənmiş hüceyrə bölünməsinə, həmçinin normal hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsinə səbəb ola bilər. “Pancake”, vafli və tortların tərkibində ən çox kanserogen maddələrin olduğu qeyd edilir.

Bundan əlavə, belə desertlərdə furan adlı başqa bir genotoksik birləşmənin artan konsentrasiyası olduğu aşkar edilib ki, bu da xərçəng riskinin yüksək olması ilə əlaqələndirilir.

Lakin tədqiqatçılar məhsullarında ən çox kanserogen olan brendlərin adlarını dəqiqləşdirməyiblər.

Firuzə Alimova / TURPKİMİ.COM