Sol tərəfi üstə yatanda bunlar olur


Yatarkən belə sağlamlığımızı qoruya bilərik.

sol-terefi-uste-yatanda-bunlar-olur
27.03.2019 00:29 2 dəq oxuma

Yatarkən yerimizdə necə uzanmağımız yuxu keyfiyyətimizə və bədənimizin sağlamlığına əhəmiyyətli dərəcədə təsir edir. Lakin sol tərəfi üstə yatarkən müsbət tərəflərindən faydalana bilərsiniz.

1 – Həzm sisteminə faydası

Həzm sisteminin fəaliyyəti yatarkən də davam etməkdədir. Mədə qarnımızın sol tərəfindədir. Odur ki, sol tərəfi üstə çevrilib yatsanız qidalar daha asanlıqla yoğun bağırsağa keçər.

2 – Mədədə qıcqırmanı azaldır

Sol tərəfdə yatmaq mədədə yanma şikayətlərini azaldır. Bu vəziyyətdə yemək borusu və mədəyə birləşən yer mədə turşuluğundan yüksəkdə qalır.

3 – Hamilə qadınlar üçün vacibdir

Hamilə qadınlar iki bədən üçün qanı dövr etdirirlər. Yəni daha çox qana ehtiyac duyurlar. Sol tərəfi üstə yatanda isə qanın dövretməsi rahatlaşır və uşaq ananı daha az narahat etmiş olur. Beləliklə, hər iki bədən üçün rahat qan dövranı təmin edilmiş olur.

4 – Bel ağrısını azaldır

Səhərlər yuxudan duranda belinizdə arı hiss edirsinizsə, sol tərəfi üstə yataraq bu ağrıları azalda bilərsiniz. Yatarkən onurğanın yüklənməsi, əzələlərinizin daha çox əziyyət çəkməsinə yol açır. Sol tərəfdə yatdığınız zaman qanın dövretməsi asanlaşır və əzələlərdə iltihabın yaranmasına səbəb olan hallar aradan qalxır.

5 – Linfatik sistemə faydası...

Limfatik sistem, limfa adalanan yağlardan ibarət şəbəkədir. Limfatik sistem bədəndə mayenin hərəkət etməsinə kömək edir. Həmçinin immun sisteminin funksiyalarına da müsbət təsir edir. Ona görə də limfatik sistemdə baş verən tıxanma birbaşa sağlamlığa təsir göstərir. Sol tərəfdə yatarsaq, yuxarıdan aşağıya doğru hərəkət təsiri ilə limfanın sol tərəfə axınını daha da asanlaşdırır.

6 – Xoruldamamaq üçün...

Həyat yoldaşınızla qarşılıqlı olaraq sol tərəfi üstə sakitcə yata bilərsiniz. Bu yatmaq forması boğazı neytral vəziyyətdə saxlayır və hava axınının rahat olmasına şərait yaradır.

7 – Ürəyin sağlamlığına faydalıdır

Sol tərəfdə yatanda aortanın bədənə ötürdüyü qanı yenidən yığmasına kömək etmiş olursunuz. Bu isə ürəyin daha az yorulması deməkdir.

Firuzə Alimova / TurpKimi.com