Son 5 ildə Azərbaycanda ən çox qoyulan adlar


Son 5 ildə Azərbaycanda qızlara ən çox Zəhra adı qoyulub.

son-5-ilde-azerbaycanda-en-cox-qoyulan-adlar
20.09.2022 15:48 1 dəq oxuma

 "Metrix”in araşdırmasına görə, Zəhra adına 9827 dəfə müraciət olunub. 

Oğlanlar arasında isə ən çox qoyulan ad Yusifdir. Son 5 ildə doğulan 9686 oğlan uşağı bu adı daşıyır.

Göstərilən dövrdə Fateh adına cəmi 1983 dəfə müraciət edilib. Nəticədə, bu ad siyahıda sonuncu yerdə qərarlaşıb.