Son 6 ayda körpələrə ən çox hansı adlar qoyulub?


Bu ilin 6 ayı ərzində körpələrə ən çox qoyulan adlar məlum olub.

son-6-ayda-korpelere-en-cox-hansi-adlar-qoyulub
17.07.2020 22:27 1 dəq oxuma

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin 6 ayı ərzində doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlara Yusif, Əli, Hüseyn, Uğur və Ömər, qız cinsindən olanlara isə Zəhra, Nuray, Zeynəb, Aylin və Fatimə kimi adların verilməsi üstünlük təşkil edib.

Qeyd edilib ki, Azərbaycan adlarının mənşəyi, onların izahlı şərhi, əhali arasında yayılma səviyyəsi barədə məlumatlar Ədliyyə Nazirliyinin internet səhifəsinin “Dövlət xidmətləri” bölməsindən “Azərbaycan adları barədə məlumat” e-xidmət vasitəsilə də əldə oluna bilər.

Bu ilin 6 ayı ərzində 60.094 doğum dövlət qeydiyyatına alınıb.

Ədliyyə Nazirliyindən  bildirilib ki, onlardan 32.074-ü oğlan, 28.020-i qız cinsindən olub. 

Həmçinin 1.422 əkizin, 81 üçəmin doğumu qeydə alınıb.