Son dövrün yeni trendi - Qara gəlinlik


Gənc qızların xəyalları ağ gəlinlik geymək olsa da, son dövrdə qara gəlinliklər ön plana çıxmağa başlayıb.  

son-dovrun-yeni-trendi
28.05.2022 16:37 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki, Google Trends-ə görə son 12 ayda qara gəlinlik axtarışa daha çox verilib. Hətta ağ gəlinlikdən daha çox axtarılıb.

Günümüzün gəlinlərini artıq həyatlarının ən əvəzedilməz günlərində  hökmən ağ gəlinlik  geymək elə də maraqlandırmır. Ənənəvi duvağlı, quyruqlu, zərif, uzun və ağ gəlinliklərə alternativ olaraq qara rəngdə gəlinliklər də trend olmağı bacarıb. 

 Bu yaxınlarda Travis Beyker ilə İtaliyada toy edən Kourtney Kradaşiyanın gəlin paltarı seçimlərindən birinin rəngi də qara idi.

CNN-in xəbərinə görə, Google Trends-də son 12 ayda "qara gəlinlik" başlığı ilə daha çox axtarış edilib. Xüsusilə 2021-ci ilin payızında Google-də ağ gəlinlikdən daha çox axtarılıb. 

Amerikadakı gəlinlik və rəsmi geyim şirkəti David's Bridal qara rəngdə gəlinliklərin kolleksiyasını təqdim edib.

"David's Bridal"ın idarəçilərindən olan  Laura  Makkiver (McKeever)  CNN-nə verdiyi reportajda bildirib ki,  gəlinlər ənənəni pozmağın bir yolu kimi ən şən günlərində "qaranlıqda" qalmağa meylli olurlar.  "Bu, son dövrdə ən sevdiyimiz trenddir. Qara gəlinlik çox qəşəng və dramatik olur. Ənənəvi olaraq qəbul edilən anlayış artıq dəyişdi."

Gəlinlik kolleksiyalarına qara rənglə yanaşı mavi, şampan, bənövşəyi və qırmızı rəngdə olanlar da daxil edilməkdədir. 

Əslində qara rəngdə olan gəlin paltarı məşhurların dünyasında daha əvvəl də seçilib. Məsələn, Sarah Jessica Parker də 1997-ci ildə Matthew Broderick ilə evlənərkən qara rəngli gəlinlik geymişdi.

Vüsalə Əlövsətqızı, TurpKimi.com