Son iki ayda uşaqlara ən çox hansı adlar qoyulub?


Azərbaycanda 2020-ci ilin yanvar və fevral aylarında uşaqlara ən çox qoyulan adlar məlum olub.

son-iki-ayda-usaqlara-en-cox-hansi-adlar-qoyulub
04.03.2020 15:22 1 dəq oxuma

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən doğumu qeydiyyata alınmış oğlan uşaqlarına bu ilin ötən dövründə qoyulan adlar arasında Yusif (468),  Uğur (409), Əli (391), Hüseyn (382), Məhəmməd (254), Ömər (252), Murad (216), Ayxan (202), Raul (189) və Tunar (187) üstünlük təşkil edib.

Eyni zamanda cari ilin ötən dövründə qız uşaqlarına daha çox Zəhra (492), Məryəm (367), Zeynəb (341), Mələk (305), Nuray (295), Fatimə (285), Aylin (271), İnci (224), Nilay (224) və Ayan (199) adları qoyulub.

TurpKimi.com

loading...